AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA Tarix İnstitutunda “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

05.12.2022 09:41

 

     5 dekabr 2022-ci il tarixində AMEA Tarix İnstitutunda “Şuşa ili”nə və Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayacaqdır.

    Konfrans Plenar iclas ilə başlayacaq, “Şuşanın tarixi. Sosial-siyasi və dini həyatı”, “Ermənilərin Şuşada törətdiyi soyqırımlar. Tarix və mədəni irsə qarşı erməni vandalizmi”, “Şuşanın mədəni həyatı”, “Şuşa beynəlxalq aləmdə. Qardaşlaşmış şəhərlər” və “Şuşa Bəyannaməsi” adlı bölmələr üzrə 5-6 dekabr tarixlərində işinə

davam edəcəkdir. Konfransda Ukrayna, Türkiyə, Polşa, Albaniya və s. ölkələrdən olan alimlər məruzələri ilə iştirak edəcəklər.

     Ümumiyyətlə, 40-dan çox məruzə dinlənilməsi nəzərdə tutulur. İnternet brauzeriniz vasitəsi ilə qeyd olunan linkə https://us06web.zoom.us/j/9124137856... keçid edərək konfransa qoşula bilərsiniz.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: