AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şuşanın ümumtürk mədəniyyətindəki rolu barədə beynəlxalq konfrans keçirilib

29.11.2022 15:15

Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə “Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbiri Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, dosent Hacı Həsənov açaraq, Azərbaycanda “Şuşa İli”nin elan olunmasının əhəmiyyətindən, ziyalıların bu istiqamətdə dövlətə dəstəyindən bəhs edib. O, azərbaycanlı alimlərin Şuşa ilə bağlı önəmli işlərə imza atdıqlarını söyləyib.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı “Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında Şuşa və Bakı Bəyannamələrinin rolu” mövzusunda məruzə edib. O, Qarabağ münaqişəsi barədə fikirlərini çatdırdıqdan sonra 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin regionda yeni geosiyasi reallıq yaratdığını açıqlayıb və Azərbaycan-Türkiyə müttəfiqliyinin strateji əhəmiyyətindən bəhs edib.

Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov “Şuşa şəhərində yaradılmış ədəbi-bədii məclislərin şəhərin mədəni həyatına təsiri” mövzusunda məruzə edib. Məruzəsində o, Şuşada fəaliyyət göstərən və dövrün nüfuzlu ziyalılarını birləşdirən ədəbi-bədii məclislərlə yanaşı, Qarabağ musiqisi, Şuşa musiqi məktəbi haqqında da danışıb.

Tədbirdə Şuşa və Azərbaycan haqqında videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara sertifikarlar verilib, xatirə şəkli çəkilib, konfransın materiallarının çap olunacağı, gələcəkdə də bu kimi tədbirlərin davam etdiriləciyi bildirilib.

    

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: