AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

"Şah İsmayıl Xətai - 535" adlı tarixi-elmi konfrans keçirilib

19.10.2022 09:47

"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində "Şah İsmayıl Xətai - 535" adlı tarixi-elmi konfrans keçirilib.

Bakı tarixinin tədqiqatçısı Xəyalə Günəş Əyriçalmalı konfransı giriş sözü ilə açaraq 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib.

Daha sonra Şah İsmayıl Xətainin Azərbaycan tarixindəki roluna həsr olunan konfrans haqqında qonaqlara ümumi məlumat verib. O, Şah İsmayıl Xətainin Azərbaycan dövlətçilik tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyət olduğunu vurğulayıb.

 

AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı tarixi qaynaqlar əsasında Azərbaycan Səfəvi dövlətinin etno-siyasi, dini-ideoloji və mədəni həyatı haqqında olduqca əhəmiyyətli məlumatları qonaqların diqqətinə çatdırıb.

 

Konfransda Şah İsmayıl Xətainin şeirləri alimlər tərəfindən səsləndirilərək təhlil edilib.

      

                                                                                                                                                                                                                                  İctimaiyyətlə əlaqələr şöbəsi

                                                                                               © Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: