AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində 115 adda kitabla təmsil olunur.

06.10.2022 12:04

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.

Sərgidə Tarix İnstitutun stendində 115 adda kitab nümayiş olunur. Nümayiş olunan kitablardan 50-si hədiyyə veriləcək.

Qeyd edək ki, “Şuşa İli”nə həsr edilən 8-ci Beynəlxalq Kitab Sərgisində 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.

Sərgi çərçivəsində iştirakçılar və ziyarətçilər institutun nəşrləri ilə tanış ola və əldə edə bilərlər.

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: