AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadənin Azərbaycan Milli Elmlər Akademiyasına ünvanlanmış açıq məktubuna cavab

26.09.2022 14:01

 

 

 

 

 

 

Hörmətli, Bəhram müəllim.

İrəvan tarixi haqqında paylaşımınıza görə Sizə təşəkkürümüzü bildiririk. Son illərdə AMEA Tarix İnstitutu tərəfindən İrəvan tarixinə dair xeyli elmi tədqiqat əsərləri və məqalələr nəşr edilmişdir. Onlardan bəziləri dünyanın müxtəlif dillərinə tərcümə edilmiş və kitabxanalara göndərilmişdir. Bu kitabların elektron variantları Tarix institutunun rəsmi saytında yerləşdirilmişdir (http://tarixinstitutu.az/books).

Ən yaxın vaxtlarda isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə qırxa yaxın irəvanşünas alimlərin iştirakı ilə hazırlanmış “İrəvan necə varsa: Keçmişdən bu günə” kollektiv monoqrafiya çapdan çıxmalıdır.

Tarix İnstitutu həm sizinlə, həm də tariximizin istənilən dövrünə maraq göstərən hər bir oxucu ilə görüşüb, fikir mübadiləsi etməyə hazırdır. İmkan daxilində arzu edənlərə Tarix İnstitutunun müvafiq nəşrləri də təqdim oluna bilər.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Paylaş: