AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi Rəşad Rüstəmov dünyasını dəyişdi.

20.09.2022 13:52

İnstitutun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, tanınmış tarixçi Rəşad Rüstəmov dünən gecə dünyasını dəyişmişdir. Rəşad Rüstəmov 1994-cü ildə Tarix

İnstitutunda fəaliyyətə başlamış, 2013-cü ildə “Azərbaycan Cənubi Qafqaz dövlətçiliyi sistemində (1917–ci ilin fevralı–1918–ci ilin mayı)” adlı dissertasiya işi ilə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. O, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tanınmış mütəxəssislərindən biri idi və bu mövzu ilə bağlı çox sayda elmi əsərin müəllifi idi. Rəşad Rüstəmov həmişə özünün təvazökarlığı və mehribanlığı ilə seçilmiş, həmkarlarının dərin rəğbət və hörmət hissini qazanmışdır.

Tarix İnstitutunun bütün kollektivi, həmkarları Rəşad Rüstəmovun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və bildirir ki, onun əziz xatirəsi iş yoldaşlarının  qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin

Paylaş: