AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix İnstitutu nəzdində fəaliyyət göstərən BED 1.30 saylı Birdəfəlik Dissertasiya şurasının iclası keçirilib.

16.09.2022 15:41

Bu gün İradə Zülfəli qızı Əliyevanın 3356.01–“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Müasir dövrdə Azərbaycanda ekoloji problemlərin biblioqrafik informasiya təminatı” mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

 

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: