AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı Beynəlxalq konfransda iştirak edib.

15.09.2022 09:27

Tarix İnstitutunun aparıcı elmi işcisi,tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlova 30 avqust və 2 sentyabr 2022-ci ildə İspanyanın Salamanka şəhərində keçirilən İranşünasların XIII Beynəlxalq konqresində (Association for İranian Studies (AİS-İran Araşdırmaları Assosiasiyası)) iştrak etmişdir.

Tanımış Azərbaycan tarixçisi, dövlət mükafatı laureatı Nigar Gözəlova konqresdə Bəhmən Mirzə Qacarın Azərbaycanda mühafizə olunan zəngin kitabxanası ilə

bağlı məruzə etmişdir. Həmin kitabxananın tarixçəsinə nəzər salan müəllif Şuşada

saxlanılan və orada daha da zənginləşən kitabxananın nadir əlyazma nüsxələri

haqqında ətraflı məruzə etmişdir. Hal-hazırda Bəhmən Mirzə Qacarın böyük

kitabxanasının kiçik qismi AMEA-nın M.Fizuli adına Əlyazmalar İnstitutunda

saxlanılır.

Eyni zamanda Nigar Gözəlova “XIX-XX əsrlərdə Rusiya və Transqafqaz arasında ədəbi və mədəni mübadilələr” mövzusunda təşkil olunmuş panelə məşhur Amerika iranşünası Janet Afəriylə birgə həmsədrlik etmişdir. Həmin iclasda Amerikadan və İrandan bir neçə nüfuzlu alimlərin məruzələri təqdim olunmuşdur.

Paylaş: