AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu yarımillik hesabatını təqdim edib

01.07.2022 10:56

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda müzakirəyə çıxarılan məsələlər arasında institutun 2022-ci ilin ilk yarısı üçün olan hesabat xüsusi yer tuturdu.

İclası açan institutun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov 2022-ci ilin birinci yarısında institutun gördüyü işlər barəsində icmal xarakterli qısa məlumat verdi. Daha sonra institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova müəssisə əməkdaşlarının bu müddət ərzində gördükləri əsas işlər barədə ümumi hesabatla çıxış etdi. O bildirdi ki, hesabat ilinin 6 ayı ərzində institutun 12 elmi-tədqiqat şöbəsində illlik plana müvafiq olaraq 2 istiqamət, 9 problem üzrə 17 mövzu tədqiqata cəlb olunmuşdur. Bunlardan böyük hissəsi yerinə yetirilmiş, bəziləri isə ilin sonuna qədər yekunlaşdırılacaqdır. İnstitut əməkdaşlarının bu 6 ay ərzində 13 monoqrafiyası (bunlardan ikisi xaricdə), 7 kitabı nəşr olunmuş, 40-dan çox məqələ (onlardan 14-ü xaricdə nüfuzlu elmi jurnallarda) çapdan çıxmış, xaricdə keçirilən 13 beynəlxalq konfransda 20-yə yaxın əməkdaş onlayn və əyani olaraq iştirak etmişlər.

İclasda institutda keçirilmiş respublika və beynəlxalq konfranslar, sessiyalar, seminarlar və dəyirmi masalar haqqında məlumatlar diqqətə çatdırılmışdır.

Daha sonra institutda fəaliyyət göstərən ED.1.30 saylı Dissertasiya Şurasının katibi tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevin ilin 6 ayı ərzində keçirilən elmi seminarlar və dissertasiya müdafiələri barədə, həmçinin, institutun Təhsil şöbəsinin müdiri Bahar Qasımlının doktorant və dissertantların iyun ayı ərzində keçirilən attestasiyası barədə hesabatları dinlənildi.

 

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: