AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bu gün Tarix İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclası keçirilib.

24.06.2022 16:38

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix İnstitutunda Fərhad Rafiq oğlu Cabbarovun 5503.02 – “Vətən tarixi” və 5502.01- “Ümumi tarix” ixtisaslarında tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “Rusiya imperiyasının Şimali Azərbaycanda milli siyasəti və 1905-1906-cı illərdə kütləvi qırğınlar” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

Paylaş: