AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "15 İyun-Milli Qurtuluş Günü" adlı tədbir təşkil olunub.

16.06.2022 09:28

Tədbirdə Tarix İnstitutunun "Əliyevşünaslıq " şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı və "Azərbaycan Respublikası tarixi " şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova iştirak edib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulur. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir.

Tədbirdə iştirak edən qonaqlar "Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Ulu öndər xatirələrdə" mövzularında çıxışlar ediblər.

       

Paylaş: