AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşları AMEA Gəncə Bölməsində "Gəncə üsyanı – azadlığın bayraqdarıdır” mövzusunda respublika elmi-praktik konfransda iştirak ediblər

01.06.2022 11:47

Tariximizdə millətimizin azadlıqsevərlik xüsusiyyətini xarakterizə edən şərəfli səhifələrdən biri də 1920-ci ildə Azərbaycanın 11-ci Qırmızı ordu tərəfidən işğalına qarşı Gəncədə alovlanan üsyandır.

AMEA Gəncə Bölməsi tərəfindən 1920-ci ilin may ayında bolşevik istilasına qarşı Gəncə üsyanının 102-ci ildönümünə həsr olunan “Gəncə üsyanı – azadlığın bayraqdarıdır” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Konfransdakı giriş sözündə AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev tariximizin şərəfli səhifələrindən olan, xalqımızın əyilməzlik simvollarından biri kimi xarakterizə edilən, 1920-ci ildə bolşevizmə qarşı Gəncədə alovlanan üsyanın mahiyyəti və onun vətənpərvərlik nümunəsi kimi təbliği və elmi tədqiqi məsələlərindən danışıb.

Konfransda tarix üzrə fəlsəfə doktoru,dosent Nigar axundova “Azərbaycan tarixində Demokratik Cümhuriyyətin rolu”, tarix üzrə fəlsəfə doktoru,dosent Əzizə Nəzərli “11-ci Qırmızı ordunun Gəncə qəzasında işğalçı fəaliyyəti (1920-ci il)”, tarix üzrə fəlsəfə doktoru,dosent Aypara Rüstəmova“Azərbaycan-Rusiya münasibətləri tarixi rusdilli mənbələrdə” mövzusunda geniş məruzə ilə çıxış ediblər.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

                     

Paylaş: