AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bu gün Tarix İnstitutunda iki dissertasiya işinin müdafiəsi keçirildi

13.05.2022 15:55

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix İnstitutunda Günel Zəfər qızı Mehdizadənin 5503.02 – “Vətən tarixi”-ixtisası üzrə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasının Şərq-Qərb enerji və nəqliyyat dəhlizlərini inkişaf etdirmək siyasəti (1993-2003-cü illər)” mövzusunda dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

      

Daha sonra Rauf Bayram oğlu Əliyevin 5503.02 – “Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasının siyasi maraqlarının müdafiəsində milli diasporun fəaliyyəti” mövzusunda dissertasiya işinin müdafiəsi keçirildi. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

 

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: