AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

LDU-da “Çağdaş dönəmdə türk dünyasının aktual problemləri” adlı onlayn respublika elmi konfransı keçirilib

27.12.2021 12:46

Lənkəran Dövlət Universitetində (LDU) “Çağdaş dönəmdə türk dünyasının aktual problemləri” adlı onlayn formatda keçirilən respublika elmi konfransı İkinci Qarabağ savaşında həlak olan şəhidlərin xatirəsinin 1dəqiqəlik sükutla anılması ilə start götürüb.

Açılış nitqindən sonra plenar iclasda mövzu ətrafında məruzələr dinlənilib.

Konfransda AMEA A.A Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi,dosent Nigar Axundova iştirak edib.Nigar Axundova Azərbaycan və Türk dünyası mövzusunda geniş çıxış edib.

Konfrans işini 4 bölmədə davam etdirib. Riyaziyyat və təbiət elmləri, iqtisadiyyat, aqrar və texnika elmləri, dilçilik və ədəbiyyatşünaslıq, tarix, fəlsəfə və pedaqogika bölmələrində 200-ə yaxın elmi tezis dinlənilərək müzakirə edilib. Qeyd edək ki, konfransın işində LDU ilə yanaşı, Azərbaycan və qardaş Türkiyənin 20-yə yaxın ali təhsil ocağının və AMEA-nın Elmi-tədqiqat institutlarının müəllim, doktorant və dissertantları iştirak edirlər.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: