AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Tarix və etnologiyanın aktual məsələləri və tarixşünaslığı” kitabı nəşr edilib

08.01.2026 15:20

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarix və etnologiyanın aktual məsələləri və tarixşünaslığı (məqalələr toplusu)” kitabı nəşr edilib.

Tarix və Etnologiya İnstitutunun 90 illiyi münasibətilə hazırlanan topluda institut əməkdaşları tərəfindən həm əvvəllər, həm də yeni yazılmış məqalələr toplanılıb. Birinci bölmədə Əliyevşünaslığın, Azərbaycan tarixinin müxtəlif dövrlərinin aktual problemləri, Şərq və Qərbin qarşılıqlı əlaqəsi kontekstində Azərbaycanda ənənəvi cəmiyyətin mədəni transformasiyasının xüsusiyyətləri (XIX–XX əsrin əvvəlləri), Qarabağ müharibəsinin hərbi-siyasi aspektləri, Qərbi Azərbaycan tarixinin aktual problemləri və tarixşünaslığından bəhs olunur.

İkinci bölmədə isə Azərbaycanda etnoloji fikrin formalaşması tarixi, mənəvi dəyərlər, türk sivilizasiyasının dirçəlişi və s. məsələlər nəzərdən keçirilir. https://tarixinstitutu.az/books/view/372

İnstitutun ötən ilin sonunda dərc olunmuş növbəti kitabı isə “Azərbaycan 1941-1945-ci illər müharibəsində” respublika elmi konfransınının materiallarıdır. Bu kitabda 05 may 2025-ci il tarixində keçirilmiş tədbirin materialları oxucuların diqqətinə çatdırılıb. https://tarixinstitutu.az/books/view/373

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

????070-253-75-93

info.tarixinstitutu@gmail.com

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: