26.12.2025 18:23
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun təsis etdiyi “Azərbaycan etnologiyası” jurnalının birinci sayı çap edilib. Jurnalın ilk səhifələrdə baş redaktor, Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun fikirləri təqdim olunub. Jurnalın “Etnologiyanın tarixi”, “Maddi mədəniyyət”, “Mənəvi mədəniyyət, dini inanc və inamlar”, “Etnomədəni proseslər”, “Etnik tarix, etnogenez”, “Ezamiyyətlər haqqında hesabatlar”, “Resenziyalar” bölümlərində Azərbaycan etnologiyasının müxtəlif məsələlərinə həsr olunmuş tədqiqatlar oxuculara təqdim olunub.
Qeyd edək ki, artıq jurnaldakı məqalələrin “doi” linkləri AMEA Elektron xidmətlər şöbəsi tərəfindən aktivləşdirilib. İnanırıq ki, jurnalda işıq üzü görən 12 məqalə, 7 etnoqrafik ekspedisiyanın qısa hesabatı, 1 resenziya oxucuların marağına səbəb olacaqdır.