AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ADPU-da "Birinci Türkoloji Qurultayın 100 illiyi: Azərbaycan dilinin tədrisi məsələləri" adlı beynəlxalq simpozium keçirilib

23.12.2025 10:29

Dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsi, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrası və Türkoloji Mərkəzin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə "Birinci Türkoloji Qurultayın 100 illiyi: Azərbaycan dilinin tədrisi məsələləri" adlı beynəlxalq simpozium keçirilib. Simpoziumda ADPU-nun rəhbərliyi,dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, universitetin professor - müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya institutunun elmi işlər üzrə direktor müavini,tarix elmləri doktoru , dosent İlqar Niftəliyev çıxışında Birinci Türkoloji Qurultayın keçirilməsi haqqında arxiv sənədlərindən bəhs edib. Türkiyə Respublikasının Kafkas Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatı kafedrasının müdiri professor İlkin Qulusoy Azərbaycan dilinin və ədəbiyyatının Türkiyə universitetlərində tədrisi məsələləri haqqında çıxış edib.

____________________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi

????070-253-75-93

info.tarixinstitutu@gmail.com

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: