AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun əməkdaşları mükafatlandırılıb

18.12.2025 14:47

AMEA-nın 80 illik yubiley münasibəti ilə elan olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc tədqiqatçıların məqalə müsabiqəsinin qalibləri açıqlanıb. Müsabiqədə A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi əməkdaşları da iştirak edib və mükafatlandırılıblar.

17 dekabr 2025-ci ildə keçirilən tədbirdə AMEA Prezidenti, akademik İsa Həbibbəyli Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Respublikasının tarixi” şöbəsinin böyük laborantları- Sona Hacıəli Əzizova və Tünzalə Gözəlovanı və “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin doktorantı Nəriman Şirəliyevi həvəsləndirici sertifikatla təltif edib.

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

????070-253-75-93

info.tarixinstitutu@gmail.com

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: