18.11.2025 16:11
AMEA-nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu 12-15 noyabr 2025-ci il tarixində Qazaxıstan Respublikasının Qızıl Orda şəhərində vilayət akimliyi və Korkıt Ata Universitetinin birgə təşkilatçılığı ilə qazax xalqının milli azadlıq hərəkatının lideri Mustafa Şokayın 135 illiyi ilə bağlı beynəlxalq elmi-praktik konfransda çıxış etmişdir. Konfrans çərçivəsində G.Yoloğlu Universitetin Mustafa Şokay Mərkəzində tarix fakültəsinin tələbələrinə ustad dərsi vermiş, şəcərəçilik üzrə mütəxəssis A. Saqımbayeva ilə birgə Qızıl Ordanın fəal xanımları ilə görüşmüşdür. Qeyd edək ki, Güllü Yoloğlu Astanada yerləşən Mustafa Şokay adına 51 saylı məktəbin təşkil etdiyi konfransda da çıxış etmişdir. Konfrans günlərində qazaxıstanlı mütəxəssislərlə yanaşı, Azərbaycan, Türkiyə, Özbəkistan və digər yerlərdən gələn alim və muzey əməkdaşları Mustafa Şokayın doğulduğu yerə getmiş, vilayət Tarix Muzeyində olmuş, Mustafa Şokay tamaşasına baxmışlar.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir