18.11.2025 14:19
Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclisin Toponimiya Komissiyasında geniş müzakirə ediləcək. Müzakirələrdə Milli Məclisin Toponimiya Komissiyasının üzvləri ilə yanaşı, bu məsələlərlə məşğul olan mütəxəssislərin və yazıçıların da iştirakı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Toponimiya Komissiyasının sədri akademik İsa Həbibbəyli bildirib. Akademik qeyd edib ki, Qərbi Azərbaycan ərazisində və Qarabağda ermənilər tərəfindən süni şəkildə saxtalaşdırılmış toponimlərin tarixi-coğrafi reallıqlara uyğun şəkildə və elmi əsaslarla bərpa edilməsi ana dili faktoru ilə yanaşı, geniş mənada azərbaycançılıq baxımından da zəruri və əhəmiyyətlidir.