12.11.2025 14:20
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarixi etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent İlhamə Məmmədova 4-9 noyabr 2025-ci il tarixində Özbəkistanda ezamiyyətdə olub. Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (IICAS) direktoru Evren Rutbilin dəvəti ilə həyata keçirilən səfər zamanı tarix elmləri doktoru İlhamə Məmmədova 6 noyabr tarixində Səmərqənd şəhərində İpək Yolu Qeyri-Maddi İrsi üzrə Koordinasiya bürosunun 4-cü iclasında iştirak edib. Tədbirdə ICHCAP, IICAS, Azərbaycan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Cənubi Koreya, Türkiyə və Özbəkistandan olan mütəxəssislər mədəni irslə bağlı müzakirələr aparıblar.
Səfər çərçivəsində tarix elmləri doktoru İlhamə Məmmədovanın da həmmüəllifi olduğu, Koreya Respublikasında nəşr olunan “Nowruz Traditions Along The Silk Roads” kitabının təqdimat mərasimi keçirilib. Toplantı bədii-mədəni tədbirlərlə davam edib.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir