09.11.2025 11:52
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsdiq edilən üçrəngli bayraq dövlət müstəqilliyimizin, milli kimliyimizin və birlik rəmzidir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqilliyimizin bərpasından sonra Dövlət Bayrağımız yenidən rəsmi status alıb və 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi təsis olunub.
Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı xalqımızın milli kimliyini, azadlıq iradəsini və dövlətçilik ənənələrini təcəssüm etdirən mühüm atributdur.