AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun əməkdaşları Moskvada beynəlxalq konfransda iştirak ediblər

07.11.2025 23:43

5-6 noyabr 2025-ci il tarixində Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutu, MDB üzvü dövlətlərinin tarixçiləri və arxivçilərinin Beynəlxalq Assosiasiyasının (Komissiyası) təşkilatçılığı ilə “MDB məkanında tarixi yaddaş: formalaşma və inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfrans kecirilib.

Tədbirdə MDB ölkələrində tarixi yaddaşın formalaşması prosesləri, bu sahədə milli və regional xüsusiyyətlər, müasir dövrdə tarixi yaddaşın inkisaf istiqamətləri haqqında müzakirələr aparılıb.

Konfransda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev “Azərbaycanın tarixi narrativlərində sovet dövrü” və “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımov “Müstəqil Azərbaycanda Böyük Vətən müharibəsi haqqında tarixi yaddaş” mövzusunda məruzələrlə çıxış ediblər. Konfransın işində Tarix və Etnologiya İnstitutunun “Beynəlxalq əlaqələr şöbəsi”nin müdiri İradə Qurbanova da iştirak edib.

Tədbirdə MDB ölkələrinin nüfüzlu tarixçilərinin iştirakı ilə bir sıra ortaq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: