AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Dissertasiya şurasının iclası keçirilib

30.10.2025 15:03

30 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən BED 1.30 saylı Birdəfəlik Dissertasiya şurasının iclası keçirilib.

Tarix və Etnologiya İnstitutunda Şahlar Şahbaz oğlu Şərifovun 5503.02 –“Vətən tarixi” ixtisası üzrə tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “Raşidi xəlifələri dövründə Xilafətin Azərbaycan siyasəti” mövzusunda dissertasiya işinin müdafiəsi təşkil olunub.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

Şahlar Şərifova gələcək elmi fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

_________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: