AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılmasının 90 illiyi qeyd olunur

25.10.2025 16:43

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılmasından 90 il ötür.

Azərbaycan tarix elminin inkişafında mühüm rol oynamış bu elmi-tədqiqat müəssisəsi fəaliyyətə başladığı gündən etibarən xalqımızın çoxəsrlik tarixinin  öyrənilməsi istiqamətində mühüm işlər görüb.

İllər ərzində institutda Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair fundamental tədqiqatlar aparılmış, saysız-hesabsız elmi əsərlər, monoqrafiyalar, toplular və mənbəşünaslıq araşdırmaları hazırlanmışdır. Bu nailiyyətlər həm milli tarixşünaslığın zənginləşməsinə, həm də beynəlxalq elmi ictimaiyyətdə Azərbaycan tarixinin daha dolğun təqdimatına xidmət etmişdir.

Əlamətdar gündə — 25 oktyabr “İnstitut günü” münasibətilə institutun  bütün əməkdaşlarını təbrik edirik, gələcək fəaliyyətində yeni uğurlar, elmi nailiyyətlər və ölkə elminin inkişafına davamlı töhfələr arzulayırıq.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
 info.tarixinstitutu@gmail.com
  +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: