16.10.2025 12:30
Tarix və Etnologiya İnstitutu respublikada tarixi və etnoloji tədqiqatların əsas mərkəzidir. Bu elmlərin dünya üzrə əsas prioritetlərinin Azərbaycan elmində də tətbiqi və özünəməxsus ənənələri də nəzərə alınmaqla müasir tədqiqat layihələri həyata keçirilir. Bu layihələr üzrə nəşr olunan kitab və məqalələr haqqında institutun saytında tanış olmaq mümkündür.
Müasir elmi tədqiqatların təşkili və həyata keçirilməsi institutun maddi-texniki bazasının və əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasını da tələb edir. Bunun üçün institutun büdcəsində müəyyən edilmiş bəndlər üzrə vəsaitlərdən səmərəli istifadəyə və bu barədə şəffaflığa xüsusi diqqət yetirilir. Bu prinsipi əsas götürərək 2025-ci il büdcəsi üzrə nəzərdə tutulmuş texniki təchizat və təminat maddələri üzrə büdcə vəsaitinin xərclənməsi barədə ictimaiyyətə sistemli məlumat verilməsi nəzərdə tutulur.
Bu yazıda institutun 2025-ci il büdcəsi üzrə “311150-Maşın və avadanlıqların satın alınması” və “311900-Sair torpaq, tikili və avadanlıqlar”a dair keçirilən kotirovka sorğusunun nəticələri təqdim olunur.
İnstitutun 2025-ci ilin satınalma planına əsasən “311150-Maşın və avadanlıqların satın alınması” üzrə keçirilən kotirovka sorğusu (https://etender.gov.az/main/competition/detail/333134) artıq yekunlaşıb. (Burada və sonra kotirovka sorğuları barədə elan, ehtimal olunan qiymətlər və başqa bu kimi zəruri məlumatlar ilə Dövlət Satınalmaları üzrə Vahid İnternet Portalında (https://etender.gov.az) daha ətraflı tanış olmaq mümkündür.) Müsabiqənin qalibi – “TECHNO GROUP AZERBAIJAN” MMC – ilə bağlanmış müqaviləyə əsasən, İnstitut müasir tələblərə cavab verən yeni texnoloji vasitələrlə təchiz olunub.
Yeni avadanlıqlar sırasına daxildir:
20 ədəd monoblok kompüter,
3 ədəd çoxfunksiyalı (printer-skanner-kopirayt) ağ-qara printer,
5 ədəd yüksək sürətli xarici yaddaş qurğusu,
5 ədəd müasir Wi-Fi router,
15 ədəd 8 portlu şəbəkə kommutatoru (hub),
və konfrans zalında görüntünün paralel və keyfiyyətli ötürülməsi üçün -1 ədəd HDMI splitter
Beləliklə, 2021-2025-ci illər ərzində institutun maddi texniki bazası ümumilikdə 13 ədəd notbuk, 48 ədəd masaüstü kompüter, 20 ədəd monoblok, 16 ədəd printerlə təmin edilərək zənginləşdirilmişdir.
Bununla eyni zamanda, 2025-ci il üzrə “311900-Sair torpaq, tikili və avadanlıqlar” - (Mebel, jalüz və kreslo) maddəsi üzrə kotirovka sorğusu (https://etender.gov.az/main/competition/detail/336216) da yekunlaşmışdır. Bu kotirovka sorğusu üzrə müsabiqənin qalibi "ATO SLİM LUXE" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. İnstitutla şirkət arasında bağlanılmış müqaviləyə əsasən ümumilikdə işçilər üçün 135 ədəd yeni kreslo, İnstitutun Elmi arxiv və kitabxanasının pəncərələrinin bütövlükdə jalüzlərlə təmin olunması (12 ədəd, 144 kv.metr) və dəhlizlərdə institutun fundamental nəşrlərinin nümayiş etdirilməsi məqsədilə müasir 10 ədəd stend tipli kitab şkafları ilə təmin olunması nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə də kotirovka sorğusunun nəticələrinin yerinə yetirilməsi həyata keçirilir.
AMEA Tarix və Etnologiya İnstitutunun büdcəsi üzrə həyata keçirilmiş digər kotirovka sorğularının nəticələri haqqında növbəti yazılarda məlumat veriləcəkdir.
Direktorluq
16.10.2025-ci il