AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Bazarçay dərəsinin əsirləri”

10.10.2025 15:00

Sentyabr ayının 8-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı erməni vandalizmi hüquq müstəvisində” layihəsi çərçivəsində hazırladığı “Bazarçay dərəsinin əsirləri” adlı kitabın təqdimatını keçirilib. Kitab Bazarçay hövzəsindəki tarix və mədəniyyət abidələrinə qarşı törədilən erməni vandalizmindən bəhs edir.

Yasamal rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə layihə rəhbəri, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işçisi, Beynəlxalq Memarlar Akademiyasının üzvü və fəxri professoru Faiq İsmayılov kitab haqqında geniş məlumat verib.

Faiq İsmayılov çıxışında qeyd edib ki, Bazarçay hövzəsində oğuz-türk abidələri Qafan, Mehri, Qarakilsə və Gorus rayonlarında geniş yayılıb. Qədim qəbiristanlıqlar, məqbərələr, məscidlər, qalalar, daş fiqurlar, sujet xarakterli oymaların bir çoxu ermənilər tərəfindən dağıdılsa da, onların bəziləri dövrümüzə qədər gəlib çıxıb. F.İsmayılov vurğulayıb ki, ermənilər xristianlıq dövrünə qədər olan abidələrin hamısını qriqoryanlıqla əlaqələndirərək, bu ərazilərdə ermənilərin ulu əcdadlarının yaşadıqlarını “sübut” etməyə çalışıblar. Bu məqsədlə alban dövrünün unikal tikililərinin üzərindəki bədii ornamentləer, yazı və simvolları silib, abidələrin interyerində dəyişiklik edərək tanınmaz hala salıblar. Bir çox hallarda türklərin yaşadıqları qədim yaşayış məntəqələrini dağıdaraq xarabalığa çeviriblər. F.İsmayılov bildirib ki, ermənilərin Bazarçay, Bərgüşadçay vadisindəki abidələrimizə qarşı vandallığı Azərbaycanın mədəni irsinə qarşı törətdikləri soyqırım aktıdır. Layihənin rəhbəri bildirib ki, “Bazarçay dərəsinin əsirləri” kitabı oxucularda tarixi Azərbaycan ərazisindəki abidələrin vəziyyəti haqqında geniş təsəvvür yaradacaq.

            

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: