10.10.2025 11:10
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı t.ü.f.d. Nigar Camalovanın “Political relations between Azerbaijan and Armenia: M.Kh.Tekinsky's activity” adlı məqaləsi beynəlxalq indeksli (Crossref, TRDizin, Asos index, Sobiad, Copernicus) “Genel Türk Tarihi Araştırmaları Dergisi”ndə (Journal of General Turkish History Research) nəşr edilib. Məqalə Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan Respublikasında ilk rəsmi diplomatik nümayəndəsi Məmməd xan Təkinskinin səfirlik fəaliyyətinə həsr olunub. Mövzu araşdırılarkən M.Təkinski barədə yerli və xarici elmi-tədqiqat və mətbuat materialları, yeni arxiv sənədləri təhlil edilib. Məqalədə M.Təkinskinin diplomatik nümayəndə kimi fəaliyyəti iki istiqamət (1.Ermənistanda azərbaycanlıların hüquqlarının qorunması və soyqırımın qarşısının alınması istiqamətində fəaliyyət; 2.Ermənistan tərəfindən AXC ərazisinə hərbi təcavüzün qarşısının alınması istiqamətində fəaliyyət) üzrə təsnifləndirilib. https://dergipark.org.tr/tr/pub/gttad/issue/94934/1669572
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir