AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şahlar Şərifovun Türkiyədə elmi məqaləsi çap olunub.

18.09.2025 11:26

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Azərbaycanın VII-XIV əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, dosent Şahlar Şərifovun Türkiyədə Akademik Tarih ve Düşünce Dergisində (Academic Journa lof History and Idea ISSN: 2148-2292 12 (4) 2025) “Borçalı bölgəsinin VII-X əsrlər tarixi ərəbdilli mınbələrdə” mövzusunda elmi məqaləsi çap olunub.

Məqalədə Azərbaycanın qədim bölgələrindən olan Borçalının Erkən orta əsrlər tarixi ərəbdilli mənbələr əsasında geniş şəkildə işıqlandırılmışdır. Müəllif ərəbdilli mənbələr əsasında tarixi və coğrafi mövqeyinə, ictimai və siyasi əhəmiyyətinə görə Borçalı bölgəsinin orta əsrlərdə Azərbaycanla yanaşı, Yaxın və Orta Şərqin də diqqət mərkəzində olan bölgələrindən biri olduğunu qeyd etmişdir. Ərəbdilli müəlliflərdən əl-Bəlazuri, əl-İstəxri, əl-Yəqubi, ət-Təbəri, Əsəm əl-Kufi, Yaqut əl-Həməvi, İbn Havqəl, Qudamə ibn Cəfər, Həsən İsmayıl Həsən və başqaları Borçalı bölgəsi haqqında ətraflı məlumat verirlər. Ərəbdilli müəlliflərin verdikləri məlumatlardan aydın olur ki, bölgədə tarixən türkdilli tayfalar yaşamışdır. Bu baxımdan bu bölgənin türk-müsəlman tarixində müstəsna yeri vardır. Xəzər, Səlcuqlu, Azərbaycan Atabəyləri, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı, Avşar və Qacar türklərinin hakimiyyəti altında olan Borçalı, öz varlığını qoruyub saxlaya bilmişdir. Türklərin sərhəd boyu etdikləri yürüşlər nəticəsində bu bölgə Qafqazın və Şərqi Anadolunun həm türkləşməsində, həm də islamlaşmasında mühüm rol oynamışdır. Məqalədə Qafqaz türklərinin və İslam tarixinin mühüm bir hissəsi olan Borçalı bölgəsində VII-X əsrlərdə baş vermiş tarixi hadisələr mənbələr əsasında tədqiq olunmuşdur.

____________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: