Elan
15.09.2025 15:40
Hörmətli həmkarlar, 2025-ci ilin noyabr ayının 16-da Azərbaycan Qaraqoyunlu hökmdarı Qara Yusifin doğumunun 670 illiyinə həsr olunmuş “Görkəmli dövlət xadimi və sərkərdə Cəmaləddin Qara Yusif Barani” mövzusunda Respublika elmi konfransı keçiriləcək.
Konfransın istiqamətləri:
- XV əsrdə Azərbaycanda dövlətçiliyin bərpası uğrunda mübarizə
- Azərbaycan Qaraqoyunlu dövlətinin sosial-iqtisadi tarixi
- XV əsrdə Qaraqoyunlu dövlətinin qonşu dövlətlərlə münasibətləri
- Azərbaycan Qaraqoyunlu dövlətinin siyasi tarixi məsələləri
- Cəmaləddin Qara Yusif Baraninin hərbi-siyasi fəaliyyəti və şəxsiyyəti
- Qaraqoyunlu-Ağqoyunlu münasibətləri
- XV əsrdə Azərbaycanda elm və mədəniyyətin inkişafı
- Azərbaycanın dövlətçilik tarixində Qara Yusifin yeri və rolu
Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.
Konfransın formatı: əyani və onlayn
Tezislərin göndərilməsinin son tarixi – 30 oktyabr 2025-ci il
Konfrans tezislərinin tərtibinə qoyulan tələblər:
- Kağız ölçüsü – A4
- Boş sahə - hər tərəfdən 2 sm
- Şrift – Times New Roman
- Şrift ölçüsü – 12
- Sətirarası məsafə (interval) - 1,15 sm
- Tezisin həcmi – 2-4 min işarə.
- Tezisin adı – ortadan, böyük hərflə, qalın şrift.
- Müəllifin:
- Adı, soyadı, atasının adı – ortadan, qalın şriftlə.
- Yeri: şəhər, ölkə - ortadan kursivlə.
- E-poçt ünvanı – ortadan kursivlə.
- Açar sözlər (3-5 söz) – Azərbaycan (ingilis və ya rus) dilində.
- Tezislər aşağıdakı e-poçt ünvanlarına göndərilsin:
tarix.konfrans@gmail.com