02.07.2025 14:36
02 iyul 2025-ci il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin təşəbbüsü ilə “Azərbaycan tarixinin tarixşünaslığı: müxtəlif nəzəriyyələrin prizmasından baxış” mövzusunda Elmi Seminar keçirilib. Seminarda “Azərbaycan tarixinin tarixşünaslığı: müxtəlif nəzəriyyələrin prizmasından baxış” mövzusunda məruzəsi dinlənilib. V.Abışov məruzəsində tarixi əsərlərin yazılmasında müxtəlif nəzəriyyələrin yeri və rolu, eləcə də Azərbaycan tarixinin tarixşünaslığının yazılmasında nəzəriyyələrin tətbiq olunmasının əhəmiyyəti haqqında geniş məlumat verdi. O, nəzəriyyələrin yaranmasında dövrün sosial-iqtisadi, siyasi vəziyyətinin və müxtəlif elmi sahələrin inkişafının bəhrəsi olduğunu qeyd etdi.
Məruzədən sonra İnstitutun ayrı-ayrı şöbələrinin əməkdaşları çıxış ediblər.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir