AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının yaradıcı və suverenliyinin memarıdır”

08.05.2025 10:27

2025-ci ilin may ayının 6-da Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VIII Beynəlxalq konfrans keçirilib.

Konfransda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahov “Heydər Əliyev - Azərbaycan konstitusiyası və suverenliyi” bölməsində “Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının yaradıcı və suverenliyinin memarıdır” mövzusunda məruzə edib.

Məruzədə Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı Ali So­­ve­­ti­­ tərəfindən qəbul olunmuş “Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı­­nın döv­­lət müs­­tə­­qil­­li­­yi­­nin bər­­pa edil­­mə­­si haq­­qın­­da Bə­­yan­­na­­mə”­­ və “Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi haq­qın­­da” Kons­ti­tu­si­ya Ak­tı, suverenliyin Konstitusiya əsaslarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycan Respublikasının ilk milli konstitusiyasının qəbuluna hazırlıq və qəbul olunması, Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyəti haqqında sənədlər və faktlarla iştirakçılara məlumat verilib. Bölmə iclasının yekununda iştirakçılara sertifikatlar verilib, xatirə şəkilləri çəkilib.

____________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: