AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şimali Azərbaycanda Rusiya imperiyasına qarşı xalq azadlıq hərəkatı

Şimali Azərbaycanda Rusiya imperiyasına qarşı xalq azadlıq hərəkatı

Müəllif Hacı Həsənov
İl XIX əsr
İnzibati ərazi XIX əsr
Paylaş:

Hələ Şimali Azərbaycanın işğalının gedişində Azərbaycan xalqı Rusiya qəsbkarlarına güclü müqavimət göstərmişdir. 1803-1804-cü illərin qovşağında xalq qəhrəmanı Cavad xan vətənin azadlığı uğrunda mübarizədə şəhid düşmüş, 1803-cü ildə Car-Balakən igidləri rus generalı Qulyakovu qoşunu ilə birlikdə darmadağın etmiş, 1806-cı ildə Qafqaz rus qoşunlarının baş komandanı Sisiyanov Bakıda öldürülmüş, onun qoşunları isə Sarı adaya qaçmalı olmuşdular. Şəkili Səlim xan isə 1806-cı ildə rus qoşunlarını qovub xanlıqdan çıxarmışdı. 1819-cu ildə Şəmşəddili güclü həyəcan bürümüşdü. XIX əsrin 30-cu illərində bir-birinin ardınca Car-Balakən (1830-1832), Lənkəran (1831), Quba (1837-1838) və Şəkidə (1838) ruslara qarşı güclü xalq üsyanları olmuşdur. 1844-cü ildə İlisulu Daniyal rus generallarını ağır məğlubiyyətə uğratmış, 1863-cü ildə Hacı Murtuzun başçılığı ilə zaqatalılar silaha sarılıb çar Rusiyasına qarşı vuruşmuşdular.

XIX əsrin sonu-XX əsrin əvvəllərində qaçaq-kəndli dəstələri çar mülkədarlarına və yerli bəylərə qarşı silahlı mübarizəyə qalxmış, onların mülkiyyətini kasıblar arasında bölüşdürmüşdür. Qaçaqlardan Nəbi, Kərəm, Zahid, Yusif, İsmayıl, Məmməd və başqaları kimi qorxmaz igidlər uzun onilliklər boyu çar hökümət orqanlarına dinclik verməmişdilər. Bütün bu xalq hərəkatları 1917-ci ildə Rusiya imperiyasının çökməsində az rol oynamamışdır.