AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Səfəvi dövləti (Şah Məhəmməd Xudabəndə dövrü, 1578-1587-ci illər)

Azərbaycan Səfəvi dövləti (Şah Məhəmməd Xudabəndə dövrü, 1578-1587-ci illər)

Müəllif Oqtay Əfəndiyev və Tofiq Nəcəfli
İl 1578-1587-ci illər
İnzibati ərazi Azərbaycan, Əcəm İraqı, Xorasan vilayəti
Paylaş:

Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illəri Osmanlı dövləti ilə müharibənin yenidən başlanması dövrüdür. 1578-1590-cı illər müharibəsi Səfəvilər üçün uğursuz oldu. 1590-cı ildə bağlamış İstanbul müqaviləsinə görə, Azərbaycanın Ərdəbil, Qaracadağ, Xalxal və Lənkəran bölgələrindən başqa digər əraziləri, o cümlədən Həmədan bölgəsi Osmanlı imperiyasının tərkibində qaldı. 1587-ci ildə yaranmış vəziyyətdən istifadə edən Şeybanilər Xorasanı ələ keçirdilər.