ABDULƏLİMOV NAKİM ƏLƏSGƏR OĞLU
Nakim Ələsgər oğlu Abduləlimov 1946-cı il martın 20-də Şəki şəhərində anadan olub.
1953-1964-cü illərdə 8 saylı rus dilli orta məktəbdə təhsil alıb.1965-1970-ci illərdə Azərbaycan Politexnik İnstitutunda Elektrotexnika fakültəsinin “Radioelektron aparaturasının istehsalatı” ixtisası üzrə ali təhsil alıb.
1970-ci ildən 1972-ci ilə qədər Özbəkistanın Səmərqənd şəhərində “Kinap” zavodunda mühəndis, 1972-1984-cü, 1995-2003-cü illərdə Elektrotexniki Sənaye Nazirliyinin Bakı İşıq İstehsalat birliyində mühəndis işləyib.
1984-1990-cı illərdə sex rəisi, 1990-1995-ci illərdə Bakı İşıq İstehsalat birliyində“Şəms-2” kooperativinin sədri olub.
2003-2005-ci illərdə Nizami rayonu İcra Hakimiyyətində Layihə-Smeta Bürosunda mühəndis, 2005-ci il fevral ayının 16-dan AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Ümumi işlər üzrə direktor müavinidir.