AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

MUSTAFA RƏŞAD ƏZİZ OĞLU

MUSTAFA RƏŞAD ƏZİZ OĞLU

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Gənc alim və mütəxəssislər şurasının sədri, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru.

Mustafa Rəşad Əziz oğlu 18 yanvar 1984-cü ildə Bakı şəhərində anadan olub.

2000-2004-cü illər arasında BDU-da Tarix fakültəsində bakalavr təhsili alıb. 2006-2008-də ali təhsilini BDU-nun Tarix fakültəsində Qədim dünya və orta əsrlər tarixi kafedrasında davam etdirmiş, 2008-ci ildə fərqlənmə diplomu ilə məzun olmuşdur.

2009-2013-cü illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əyani doktorantı olub. Azərbaycan tarix elmində ilk dəfə olaraq “Tiflis əmirliyi” mövzusunu araşdırmışdır. 22 aprel 2015-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda AMEA-nın həqiqi üzvü akad. Y.M.Mahmudovun elmi rəhbərliyi ilə “Tiflis əmirliyi” adlı dissertasiya işini müdafiə edib tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. “Tiflis əmirliyi” adlı monoqrafiyanın müəllifidir. 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Gənc alim və mütəxəssislər şurasının sədridir.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 23-dür. 5-i ölkə hüdudlarından kənarda çap olunub.

Monoqrafiyalar

  1. Tiflis əmirliyi. Bakı: Turxan NPB, 2019.
  2. Yaqub Mahmudov. Biblioqrafik göstərici. 3-cü nəşr. Bakı: Turxan NPB, 2019. (redaktor)
  3. Yaqub Mahmudovun tarixçilər məktəbi. Bakı: Turxan NPB, 2019. (Ön sözün müəllifi: 5-23 s.)

Məqalələr və konfrans materialları

  1. Tiflis əmirliyində idarəetmə sistemi / AMEA Tarix İnstitunun Elmi əsərləri. Bakı, 2010, cild 34, s.22-25
  2. Tiflis və ətraf ərazilərinin etno-siyasi mənzərəsi (VII-IX əsrlər) / AMEA Tarix İnstitunun Elmi əsərləri. Bakı, 2010, cild 35, s. 48-56
  3. Tiflis müsəlman əmirliyi // AMEA aspirantlarının elmi konfransının materialları, may 2011, s.183-188
  4. Tiflis və ətraf ərazilərdə türk tayfaları (e.ə. IV-b.e.VII əsrləri) / AMEA Tarix İnstitunun Elmi əsərləri. Bakı, 2011, cild 39, s.48-60
  5. Tiflis emirate until Jafarids dynasty (The end of the VIII-X cc) / The Caucasus and the World – International Scientific Journal, Tbilisi, 2014, №18, p.123-129
  6. VIII-XIII əsr Tiflis şəhəri və ətrafı İslam mədəniyyətinin mühüm mərkəzlərindən biri kimi / Gəncə Dövlət Universiteti, Elmi Xəbərlər. Fundamental, Humanitar və Təbiət elmləri seriyası, 2014, №3, s.216-222
  7.  “Xəzərətrafı region və orada yaşayan tayfalar İbn Rustanın qeydlərində”. Qərbi Kaspi Universiteti jurnalı. 2018.
  8. XI əsrin sonu XIII əsrin əvvəllərində Azərbaycanın Şimal-Qərb torpaqları gürcü mənbələrinə əsasən // AMEA aspirantlarının elmi konfransının materialları, may 2010, s.338-344
  9. I səlib yürüşündə ermənilər // Ümummilli lider H.Əliyevin anadan olmasının 85 illiyi münasibəti ilə Magistrant və gənc tədqiqatçıların elmi-praktik konfransın materialları. Bakı Dövlət Universiteti, Tarix fakültəsi. Bakı, 2008 – s.138-142
  10. XI əsrdə erməni – Bizans münasibətləri və ermənilərin kütləvi yerdəyişməsi // Magistrant və gənc tədqiqatçıların Azərbaycan Xalq Cümhuriyyətinin 89-cu ildönümünə həsr olunmuş VI elmi-praktik konfransın materialları. Bakı Dövlət Universiteti, Tarix fakültəsi. Bakı, 2007 – s. 179-181
  11. VIII-XIII əsr Tiflis şəhəri və ətrafı İslam mədəniyyətinin mühüm mərkəzlərindən biri kimi // Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransı, Materiallar, Qafqaz Universiteti, 25-26 aprel 2013, s.168-169
  12. “Tiflis ve etraf bölgelerinde müslüman nüfusun azalma sebepleri”. “Gürcüstanda İslamiyetin Dünü, Bugünü ve Yarını” Uluslararası sempozyumu.  İstanbul Mehmet Fatih Vakıf Üniversitesi, Türkiye, İstanbul, 6-8 may, 2016.
  13.  “Tiflis İslam memarlığı və yox olma səbəbləri”. “Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransı”. BMU, 05-06.05.2017. Bakı, Azərbaycan. Materiallar. Kitab 2. S.1084-1085
  14.  “Tiflisli alimlərin Türk mədəniyyət tarixində yeri”. “III Beynəlxalq Həmzə Nigari Türk dünyası mədəni irsi simpoziumu”. 17-18.05.2017. Şamaxı, Azərbaycan. Materiallar. S.394-399
  15.  “Ziya Bünyadovun tədqiqatlarında VIII-IX əsr Albaniya tarixinə dair problemlər”. “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq elmi konfrans. AMEA Akad. Z.M.Bünyadov ad.Şərqşünaslıq İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi. 16-17 oktyabr 2017-ci il, Bakı, Azərbaycan.
  16. “Selçukluların Kafkasya politikası ve Anadolu”. Uluslararası Malatyanın fethi ve Danişmendliler Sempozyumu, 19-21 Eylül 2018, Malatya. İsmet İnönü Üniversitesi.
  17. “Hazarların güney sınırı”. 18. Türk Tarih Kongresi. 1-5 Ekim, 2018. T.C. Başbakanlık Atatürk Kültür ve Dil ve Tarih Yüksek Kurumu. Türk Tarih Kurumu
  18. “İslam fütuhatı ve Azerbaycan” Konusu Sovyet Dönemi Azerbaycanlı Oryantalistlerin Çalışmalarında (Ziya Bünyadov ve Naile Velihanlı Örneğinde) // Oğuz-Türkmen Araştırmaları Dergisi (OTAD) II, 2, 2018, Aralık, s. 111-128.
  19. Sovet imperializminin XX əsrin 80-90-cı illərdə törətdiyi qırğınlar / Gənc tarixçi tədqiqatçıların “Elm günü”nə həsr olunmuş respublika konfransının materialları. 1 aprel, 2019, Bakı, AMEA Tarix İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası. S. 37-38
  20. Tiflis və ətraf ərazilərdə İslamın yayılması / İslam sivilizasiyası Qafqazda II Beynəlxalq Simpoziumu. Bakı, 11-12 iyul, 2019, Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi. AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Paylaş: