AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ALMƏMMƏDOVA SƏBİNƏ MƏMMƏD QIZI

ALMƏMMƏDOVA SƏBİNƏ MƏMMƏD QIZI

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent.

Səbinə Məmməd qızı Alməmmədova 18 mart 1972-ci ildə anadan olmuşdur.

1989-1994 Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olmuşdur.

1994-2004-cü illərdə AMEA RH “ Analitik informasiya” şöbəsində aparıcı mütəxəssis həmçinin “Azərbaycan və Azərbaycanlılar” jurnalının məsul katibi və tərcüməcisi vəzifəsində çalışmışdır.

2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.

2008-ci ildən etibarən Azərbaycan Texniki Universitetində “Xarici dillər” kafedrasında ingilis dilini tədris edir.

2008-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda “Bəxtiyar Vahabzadə poeziyasının dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillər kafedrası üzrə ixtisası üzrə dosent elmi adı verilmişdir.

2018-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda “Müasir Azərbaycan ədəbi dilində alınma terminlərin unifikasiya və standartlaşdırma formaları” adlı mövzusunda  filologiya elmləri doktorluq müdafiyəsini etmişdir.

AMEA-nın A.A.Bakıxanov adına Tarix institunun 25 kitabını İngilis dilinə tərcümə etmişdir ki, onlar Nyu Yorkda, Londonda, Bişkekdə və s. yerlərdə nəşr olunmuşdur.

Onun 1 dərslik, 1 lüğət, 7 monoqrafiya  1 metodik vəsait, 87  elmi məqalənin  Azərbaycanda və xaricdə (ABŞ,  Avstraliya, Hindistan, Canada, Türkiyə, Gürcüstan, Moskva, Ukraina və s.)  müəllifidir.

Səbinə Məmməd qızı Alməmmədova  çoxsaylı beynəlxalq və respublika səviyyəli konfransların ‎istirakçısı olmuşdur. ‎

Təltif və mükafatları

  1. 2015-ci il, 13 noyabr - Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi ilə əlaqədar olaraq A.A.Bakıxanov adına Tarix İnstitutunun FƏXRİ FƏRMANI ilə təltif olunmuşdur.
  2. 2017-ci il, 22-27 aprel - Azərbaycan Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırmalar Mərkəzi, Lənkəran Şəhər İcra Hakimiyyəti “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları”na həsr olunmuş IV Beynəlxalq Elmi konfransda fəal iştirakına görə sertifikatla təltif olunmuşdur.
  3. 2017-ci il, 4-6 oktyabr - Ukraynanın Odessa şəhərində keçirilən “Linguistic Training of students of universities of non-philological specialties in the Context of Bologna Process and Recommendations of the Common European Framework of Reference for Languages: Learning, Teaching and Asssessment” VI Beynəlxalq elm və metodologiya konfransında  iştirakına görə təşəkkürnamə ilə təltif edilib. 
  4. 2018-ci il, 27-29 aprel - Azərbaycan Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırmalar Mərkəzi, Qusar Rayon İcra Hakimiyyəti “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları”na həsr olunmuş V Beynəlxalq Elmi konfransda fəal iştirakına görə sertifikatla təltif olunmuşdur.
  5. 2018-ci il, 4-5 aprel - Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda Respublika Elmi-texniki konfransında “Beynəlmiləl terminlərin unifikasiya problemi” adlı məqaləni təqdim etdiyinə görə diplomla təltif olunmuşdur.
  6. 2018-ci il, 4-5 oktyabr - Ukraynanın Odessa şəhərində keçirilən “Linguistic Training of students of universities of non-philological specialties in the Context of Bologna Process and Recommendations of the Common European Framework of Reference for Languages: Learning, Teaching and Asssessment” IX Beynəlxalq Elm və Metodologiya konfransında iştirak etdiyinə görə təşəkkürnamə ilə təltif olunub. 
  7. 2019-cu il, 27-30 may - Litvanın Vilnüs Universitetinin filologiya fakültəsi və Halk Kültürü Araştırmaları Kurumunun təşkilatçılığı ilə keçirilən "Türkiyə-Litva əlaqələri Beynəlxalq Simpozium"unda fəal və faydalı iştirakına görə təşəkkürnamə ilə təltif edilib. 
  8. 2019-cu il, 21-23 iyun - Giresun Uğur Lisesi təşkilatçılığı ilə keçirilən "2.Dergi Karadeniz Uluslararası Sosyal Bilimler Sempozyumu"na  “Bəxtiyar Vahabzadə Poeziyasının Dili” başlıqlı məqalə ilə iştirakına görə təşəkkürnamə ilə təltif edilib.
  9. 2019-cu il, 10-11-12 Oktyabr - Türkiyə Cümhuriyyətinin Kayseri ilinin Dəvəli ilçəsi bələdiyyəsi tərəfindən təşkil edilən “37. Uluslararası Aşık Seyranı Kültür ve Sanat Festivalı” ve “II Uluslararası Develi-Aşık Seyranı ve Kültür Kongresine” iştirak və töhfələrinə görə təşəkkürnamə ilə təltif edilib.

ƏSƏRLƏRİ

Dərslik və metodik vəsaitləri

  1. İngilis dilində zamanlar sistemi. Dərslik. Bakı: Avropa, 2013, 200 s.
  2. Şifahi nitqin inkişafı üçün ingilis dilində mətnlər və tapşırıqlar toplusu [Mətn] : dərs vəsaiti /S. Alməmmədova ; məsləhətçi R. İsmayılov ; elmi red. İ. Tahirov ; rəyçilər M. Mahmudov, M. Əsədova, Y. Süleymanov. Bakı: AzTU, 2012, 227 s.

Lüğətləri

  1. Azərbaycan-ingilis-rus-fransız dillərində dilçilik terminləri lüğəti. Bakı: Avropa, 2018. 500 s.
  2. İngiliscə-rusca-azərbaycanca kargüzarlıq terminləri lüğəti [Mətn] : 3000 termin /S. M. Alməmmədova (tərt.) ; red., [ön söz] S. A. Sadıqova. Bakı: [Avropa], 2015, 144 s.

Monoqrafiyaları

  1. Bəxtiyar Vahabzadə poeziyasının dili [Mətn]: [ monoqrafiya] /S. Alməmmədova; elmi red. və ön sözün müəl. V. Arzumanlı. Bakı: Elm, 2010, 163 s.
  2. Müasir Azərbaycan dilində alınmaların assimilyasiya prosesi. Monoqrafiya və izahlı lüğət. Bakı: Avropa, 2015,192 s.
  3. Müasir Azərbaycan dilində alınma terminlərin nizamasalma prosesinin nəzəri problemləri. Bakı: Avropa, 2016, 226 s.
  4. Müasir Azərbaycan dilində alınma terminlərin unifikasiya formaları. Bakı: Avropa, 2019, 400 s.

Avtoreferatları

  1. Bəxtiyar Vahabzadənin poeziyasının dili [Mətn] : filol. e. n. a. dər. al. üçün təq. ed. dis-nın avtoreferatı : 10.02.01 /S. M. Alməmmədova ; AMEA, Nəsimi ad. Dilçilik İn-tu. Bakı, 2008, 23 s.
  2. Müasir Azərbaycan dilində alınma terminlərin unifikasiyası və standartlaşdırma formaları [Mətn] : filol. üzrə e. d-ru e. dər. al. üçün təq. ed. dis-nın avtoreferatı : 5706.01 /S. M. Alməmmədova ; AMEA, Nəsimi adına Dilçilik İn-tu. Bakı, 2018, 50 s.

Tərcümə əsərlərindən seçmələr

  1. Historical facts of Armenia's actions in Azerbaijan land. Baku: Elm, 2003, 208 p.
  2. Vandalism: genocide against the historical names [Text] /Azerbaijan National Academy of Sciences; A. A. Bakikhanov Institute of History; foreword. Y. Mahmudov, edition. E. Maharramov; trans. S. Almammadova, A. Aghabayova. Baku: Tahsil, 2006, 95,[1] p. 
  3. The Kurekchai Treaty. Baku: Elm, 2006, 208 p.
  4. Establishment of the Democratic Republic of Azerbaijan. (Collection of documents) Baku: Nurlan, 2008, 501 p.
  5. Azerbaijani diplomacy. Baku, 2009, 450 p.
  6. Historical facts of Armenia's actions in Azerbaijan land [Text] /edit. Y. Mahmudov ; edit., prepare. T. Musayeva, A. Mammadov ; transl. S. Almammadova ; Azerbaijan National Academy of Sciences, History Institute named after Bakıkhanov A. A. Baku: Bishkek-Megamedia, 2009, 207 p.
  7. The khanate of Ganja. Baku: Nurlan, 2009, 275 p.
  8. Azerbaijan & Europe: Medieval Diplomatic Relations (the period of the states Akkoyunlu and Safavi), London-New York, 2010, 140 p.
  9. Azerbaijan & Europe: Interrelations in the Akkoyunlu period (second half of the XV century). London, 2011, 126 p.
  10. Azerbaijan and Europe. Los-Angeles, 2011, 450 p.
  11. Travel to the land of fire. Baku, 2012, 310 p.
  12. Travelers, discoveries, Azerbaijan. Baku, 2013, 300 p.
  13. Real history and confabulation on "Great Armenia" [Text] /Y. Mahmudov ; designer M. Khanbabayeva ; trans. S. Almammadova ; The Council of State Support to Nongovernmental Organizations under the President of the Republic of Azerbaijan ; Historians of Azerbaijan Public Union. Baku: Association of Historians, 2015, 147 p.
  14. Historical inheritance right of the people of Azerbaijan on Irevan and surrounding land shall be restored. Baku: Elm, 2017, 68 p.
  15. Turkic - Muslim population of Azerbaijan in 1918-1920. Baku, 2018, 100 p.
  16. On the ways of creating a national academy of sciences and forming the cadre of scientific intelligentsia of Azerbaijan (1920 -1945) Baku, Nurlan, 2009, 219 p.
  17. Travellers come to Azerbaijan. Baku, 2019, 380 p.

Məqalələri üçün bu linkə daxil olun: Səbinə Alməmmədovanın müəllifi olduğu məqalələr

Paylaş: