BƏHRƏMOVA MƏTANƏT VAQİF QIZI
Mətanət Vaqif qızı Bəhrəmova 26 iyun 1960-cı ildə Quba rayonunda anadan olmuşdur. O, 1977-ci ildə Bakı şəhəri Oktyabr rayonu 13 nömrəli orta məktəbini, 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsini “tarixçi-tarix müəllimi” ixtisası üzrə bitirmişdir.
Mətanət Vaqif qızı Bəhrəmova 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan şəhərləri tarixi” şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. “Elmi şuranın 30 may 2007-ci il 07 saylı iclasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Dərbənd şəhəri XVI-XVIII əsrlərdə” adı ilə dissertasiya mövzusu təsdiqlənmişdir. 2010-cu ildən etibarən “Qafqaz tarixi” şöbəsində kiçik elmi işçi, 2014-cü ildən Elmi Şuranın qərarı ilə “elmi işçi” vəzifəsində çalışır.
M.V.Bəhrəmova mövzu üzrə materiallar toplamış, dissertasiya işinin müvafiq fəsilləri üzərində tədqiqat aparmış, məqalələr dərc etdirmişdir. Bu müddət ərzində minimum imtahanlarını müvəffəqiyyətlə vermiş, “Qafqaz tarixi” şöbəsində dissertasiya işinin 2 müzakirəsi keçirilmiş və Tarix İnstitutunun nəzdində yaradılmış Elmi Seminarın iclasında seminarlardan müvəffəqiyyətlə keçmişdir. Dissertasiya işi açıq müdafiəyə təqdim olunmuşdur.
M.Bəhrəmova işlədiyi müddət ərzində 12-dən çox elmi məqaləsi nəşr olunmuş, keçirilən elmi tədbirlərdə, respublikadaxili və beynəlxalq konfranslarda iştirak etmişdir. Dagıstan Respublikasının Mahaçqala şəhərində “Qafqaz və Yaxın Şərq: I Pyotrun Xəzərə yürüşündən Nadir şah dövlətinin süqutuna qədər” adlı beynəlxalq konfransda institut əməkdaşları ilə birlikdə ezamiyyətdə olmuş, Qubada və Bakı şəhərində Dərbənd şəhərinin 5000 illiyinə həsr olunmuş “Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dagıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri” mövzusunda keçirilmiş konfrasda, 2015-ci ildə Dagıstan Respublikasının Mahaçqala şəhərində Dərbənd şəhərinin 2000 illiyinə həsr olunmuş «Дербент в историческом процессе Кавказа и России» mövzusunda keçirilmiş Beynəlxalq elmi konfrasda “Русско-Сефевидские отношения и Дербент ” adlı məqaləsi, 2019-cu il iyunun 20-də “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda Tarix İnstitutunun keçirdiyi beynəlxalq elmi konfransda “Nadir Şah Əfşar-Türk dünyasının görkəmli sərkərdəsi” adlı Dərbənd tarixinə dair məqalələri ilə çıxış etmişdir.
2019-cu ilin iyul-avqust aylarında Türkiyə Respublikasında Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən konfransda “Səfəvi dövlətinin tərkibində Dərbəndin siyasi həyatı (XVIII əsrin əvvəllərində)” adlı məqaləsi ilə iştirak etmiş və məqalə konfrans materiallarında dərc olunmuşdur.
Həmcinin M.Bəhrəmova Tarix İnstitutunun planında nəzərdə tutulmuş Azərbaycan tarixi ilə bağlı arxiv sənədlərinin toplanmasında yaxından iştirak etmişdir. “Arxiv sənədləri toplusu”nun nəşri üçün 2012-2015-ci illərdə Rusiya Federasiyasının Moskva şəhərində Dövlət Arxiv və kitabxanalarında Qafqaz tarixinə dair material toplamaq məqsədilə elmi məzuniyyətlərdə olmuşdur. RF-nın Arxiv fondlarından və Dövlət kitabxanasından Dərbənd şəhərinin XVI-XVIII əsr tarixinə dair arxiv sənədləri və materiallarını əldə etmişdir.
2011-2018-ci illərdə “Qafqaz tarixi” şöbəsində tədqiq edilən “Dərbənd tarixi (qədim zamanlardan bu günədək)” adlı II cildlik monoqrafiyanın müəlliflərindən biridir. “Dərbənd tarixi” kollektiv monoqrafiyası üçün “Dərbənd Səfəvilər hakimiyyəti dövründə” adlı 3c.v. həcmində mətn hazırlayıb təqdim etmişdir. “Dərbənd son orta əsrlərdə (XII-XVIII əsrlər) (V.Z.Piriyev və S.Rəhimova ilə birlikdə) adlı monoqrafiyanın həmmüəllifidir (monoqrafiyalar nəşr olunmaq üçün Tarix İnstitunun elmi nəşriyyatına təqdim olunmuş və 5 məqaləsi nəşr olunmaq üçün istehsalatdadır).
Ailəlidir, bir övladı, üç nəvəsi var.
Nəşr olunmuş elmi əsərlərinin siyahısı
1.Dərbənd şəhərinin son orta əsrlər tarixindən // Elmi əsərlər / AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutu. - 2007.- XXII c.- s.57-62.
2.Səfəvilər dövrü Dərbəndi Azərbaycan tarixşünaslığında // Elmi əsərlər / AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutu. - 2007.- XXII c.- s.67-74.
3. Səfəvilər dövrü Dərbəndinin ilk mənbələrdə inikası barədə // Elmi əsərlər / AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutu. - 2012.- XXXX c.- s.228-237.
4. Dербент эпохи Сефевидов в исследованиях XVII-XIX столетий. //Современная научная мысль. Научный журнал НИИ истории, экономики и права. М.: 2013, № 6, 200c.- s.46-53
5. XVI-XVIII əsrlər Dərbəndin mədəni həyatı // s.114 Bakı Dövlət Universitetinin Xəbərləri: humanitar elmlər seriyası. № 3. / Redaksiya heyəti: A.M.Məhərrəmov və b. Bakı: Nurlar”Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2014, 206 s. 114-120.
6. Dərbənd XVI–XVIII əsrin əvvəllərində // Tarix və onun problemləri, Bakı, 2014, №1 - s.49-57
7. Культурная жизнь Дербента в XVI-XVIII веках // «Гилея: научный вестник». Сборник научных трудов. Национальний педагогичний Университет имени М.П.Драгоманова. Выпуск 84(5) / Гл. ред. В.М. Вашкевич. Киев: «Издательство «Гилея», 2014, - c.209-212.
8. Русско-Сефевидские отношения и Дербент //ФГБУН Институт истории, археологии и этнографии Дагестанского научного центра РАН Материалы Международной научной конференции «Дербент в историческом процессе Кавказа и России», посвященной 2000-летию г. Дербента. Махачкалa «Калам», 2015, - c.69-75
9. Derbent şehrinin Safeviler dönemindeki yönetim sistemi // Yeni Türkiye Stratejik Araştırma Merkezi, Kafkazlar özel sayısı – IX. Temmuz-Aralık 2015, Yıl 21, Sayı 79. Ankara: Doğan Dağıtım – DPP A.Ş., Aralık 2015, - s.126-137
10. Səfəvi dövlətinin tərkibində Dərbəndin siyasi həyatı (XVIII əsrin əvvəllərində). “Azerbaycan Cumhuriyeti’nin Bağımsızlığı-100”. Yeni Türkiye Stratejik Araştırma Merkezi, “Azerbaycan” Özel Sayısı – II, Temmus-Avğustos 2019, Yıl 25,Sayı 108, s.140-149.