Nazilə Böyükkişi qızı Məmmədova 1954-cü il, dekabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. O, 1972-ci ildə orta məktəbi bitirmişdir.
1979-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
"Azərbaycanın Qərbi Avropa ölkələri ilə əlaqələrində "Türkiyə problemi"" mövzusunda namizədlik dissertasiyası üzərində çalışır.
1972-1994-cü illərdə Bakı Dövlət Universiteti "SSRİ tarixi (sovet dövrü)" kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
1994-cü ildə Bakı Dövlət Universiteti "Qədim dünya və orta əsrlər tarixi" kafedrasına baş laborantı, 1995-ci ildə müəllimi, 1996-cı ildən isə baş müəllimidir. "Orta əsrlər tarixi" fənnini tədris edir. 20 elmi məqalənin, 2 metodik vəsaitin, 2 proqramın müəllifidir.
“Habsburq-Səfəvi münasibətləri və Osmanlılar” mövzusu üzərində iş aparmışdır. Başlıca diqqət Habsburqların Avropada üstünlük uğrunda mübarizəsinə və bu mübarizədə Şərq dövlətlərinə, o cümlədən Səfəvilərə verdiyi önəmə ayrılmışdır.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Qaraman bəyliyi və "Türkiyə məsələsi" - "Şərqin aktual problemləri". Z.M.Bünyadovun xatirəsinə həsr olunmuş beynəlxalq elmi-nəzəri konfransda məruzə. Bakı, 2003.
- Fars körfəzi uğrunda Osmanlı-Portuqaliya rəqabəti və Səfəvilər. Ümummilli əbədi liderimiz H.Ə.Əliyevin xatirəsinə və 28 May Respublika gününə həsr olunmuş "Dünyada yeni inkişaf meylləri istiqamətində türk dünyası, Azərbaycan və Türkiyə" beynəlxalq elmi-praktik simpoziumda məruzə. Bakı, 2004.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 1592-1606-cı illər Avstriya-Türkiyə müharibəsi və Səfəvilər. // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2005, N2. (rus dilində).
- XVI əsrdə Venesiya-Osmanlı münasibətləri və Səfəvilər. // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2005, N4. (rus dilində).
- Səfəvi-Osmanlı müharibəsi (1578-1590) və diplomatiya. // "Восток и Кавказ».Тбилиси, 2005, 3. (rus dilində).
- Dünyanın ilk bölüşdürülməsi tarixindən. // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2007, N4. (rus dilində).
- XVI əsrdə Hind okeanı uğrunda Osmanlı-Portuqaliya rəqabəti // Bakı Universitetinin Xəbərləri, 1, 2014
- İstanbulun Osmanlılar tərəfindən fəthinin siyasi və iqtisadi yekunlarına dair // Tarix və gerçəklik. Bakı, 2015, sayı 3
- Hörmüz uğrunda Səfəvilərin mübarizəsi və nəticələri // Bakı Universitetinin Xəbərləri, N 1, 2016, s.115-122
- XVI əsrin birinci yarısında Habsburqların Osmanlı imperiyası ilə münasibətlərinə dair. Bakı Universitetinin Xəbərləri. 2017, N 1, s. 155-160
- Orta əsrlər tarixi (Son orta əsrlər və ya Erkən yeni dövrün başlanğıcı) Dərs vəsaiti (mühazirə mətnləri). Həmmüəllif, Bakı, 2017
- XIII-XIV əsrlərdə Venesiyanın Aralıq Dənizi Ticarəti Uğrunda Mübarizəsində Dair. BDU-Xəbərləri ( humanitar seriyası) N3, 2018, s.110-116
TƏDRİS-METODİKİ İŞLƏRİ
- Orta əsrlər tarixi. Bakalavr hazırlığı üçün proqram. Bakı, 2008
- Orta əsrlər tarixi. Metodik vəsait. Bakı, 2008