AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

QƏHRƏMANOVA XATİRƏ CAHANGİR QIZI

QƏHRƏMANOVA XATİRƏ CAHANGİR QIZI

A.A.Bakıxanov adına Tarix institutunun “Azərbaycan diasporu” şöbəsinin elmi işçisi.

Qəhrəmanova Xatirə Cahangir qızı 1971-ci il dekabr ayının 5-də Qax rayonununda anadan olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin “Kitabxanaşünaslıq və biblioqrafiya “ fakültəsinə qəbul olmuş, 1997-ci ildə həmin fakültəni tam ali təhsillə bitirmişdir.

2003-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan diasporu” şöbəsinə baş laborant vəzifəsinə qəbul olunmuşdur. Qəhrəmanova Xatirə 2005-ci ildə kiçik elmi işçi, 2007-ci ildə isə elmi işçi vəzifəsinə keçirilmişdir. Hazırda Tarix İnstitutu “Azərbaycan diasporu” şöbəsində elmi işçi vəzifəsində çalışır.  Elmi Şuranın 13 iyul 2005-ci il  06 saylı iclasında ona tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Ukraynada Azərbaycan diasporunun təşəkkülü və fəaliyyəti (müstəqillik dövrü)” adı ilə dissertasiya mövzusu təsdiqlənmiş və Tarix institutuna dissertant qəbul olunmuşdur.

Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Ukraynada  Azərbaycan diasporunun təşəkkülü və fəaliyyəti (Müstəqillik dövrü)” adlı dissertasiya mövzusu muzakirədən keçmiş və müdafiəyə təqdim olunmuşdur.

Xatirə Qəhrəmanovanın  işlədiyi müddət ərzində  10-dən çox elmi məqaləsi nəşr olunmuş, üç kitabın həmmüəllifi olmuşdur.

 Ailəlidir,  iki övladı var.

Nəşr edilmiş elmi  əsərlərinin siyahısı.

Həmmüəllif kitablar :

1. Ukraynada Azərbaycan milli mədəniyyət mərkəzlərinin və cəmiyyətlərinin yaranması tarixindən. Azərbaycan Diasporu: Tarix və  Nəzəriyyə. I Buraxılış. AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutu.-Bakı, “Aspoliqraf  LTD” 2005, 89 s. (55-60)

2. Ukraynada  Azərbaycan Diasporu. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu  “Azərbaycan Diasporu: Tarix və müasirlik”.Bakı, “Turxan” NPB, 2016, 379 s. (315-331)

3. Milli diasporanın formalaşmasında  xaricdə təhsil almış azərbaycanlı tələbələrin rolu. Azərbaycan Diasporu: Transmilli Əlaqələr. AMEA. A. A. Bakıxanov adına Tarix İnstitutu. Bakı, Avropa “, 2018. 200 s. (59-91)

Məqalələr

4. Bizi bütövlüyə aparan yol. Xəzər-xəbər, 2001, s.9

5. Mən Azərbaycan oğluyam (Dünya  azərbaycablılarının  I qurultayı qarşısında). Ağ yol qəz . 2001-8 noyabr.s.

6. Sankt-Peterburqda azərbaycanlılarının məskunlaşması tarixindən. Elm,2004.- 18 mart.

7.  SSRI dağıldıqdan sonra azərbaycanlıların Ukraynaya emiqrasiyası. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. “Elmi Axtarışlar” (Folklorşünaslıq: Filologiya, Fəlsəfə,Tarix, İncəsənət və Nəzəriyyə Aspektləri) XXVI toplu, Bakı, “Səda”, 2006. 288 s.( 210-213)

8. Ukraynada Azərbaycan diasporu: Yaradılması və inkişaf  istiqamətləri. “Azimut”. “Hərbi-bilik” jurnalının hərbi elmi-nəzəri bülleteni. Bakı, 2(13) mart-aprel, 2016, 80 s. (58-66)

9. Azərbaycanda Ukrayna diasporunun inkişafı tarixindən. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti. “Azərbaycanşünaslığın Aktual Problemləri” Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş VIII Beynəlxalq Elmi Konfransın materialları, Bakı, Azərbaycan 4-5 may 2017-ci il, 643 s. (471-475)

10.  XX əsrin əvvəllərində Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ictimai-siyasi fəaliyyəti və təşkilatlanması tarixindən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu. “Elmi əsərlər” 63-cü cild. / Baş redaktor: Y.M.Mahmudov. Bakı: “Turxan” NPB MMC, 2017, 198  s.(126-130)

11. “Azərbaycan Xalq Cümhuriyyəti  dövründə  Ukrayna ilə əlaqələrin tarixi təhlili”. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Müsəlman Şərqində İlk  Parlamentli  Respublika” mövzusunda  Beynəlxalq elmi konfransın materialları: 21-23 may Bakı Dövlət Universiteti. Bakı, 2018, 110 s.(625-630)

12. XX əsrin əvvəlləri Azərbaycan elmində milli ideologiya. “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda  I Beynəlxalq elmi konfrans. Bakı : Nurlan, 2018, 703 s.(199 -204)

Türk dilində

13.  Ukraynada  Azerbaycan Diasporasının Faaliyetinin Temel Yönleri. Yeni Türkiye 7. Ankara , 2015. s. 763-767.

Paylaş: