AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

SƏFƏROVA İRADƏ XANLAR QIZI

SƏFƏROVA İRADƏ XANLAR QIZI

​​​​​​​“Azərbaycan qədim tarixi” şöbəsinin kiçik elmi işçisi.

İradə Xanlar qızı Səfərova 28 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Qaradağ rayonu Qobustan qəsəbəsinin 223 saylı orta məktəbini  bitirib. 2000 – 2005-ci illərdə BDU-nin Tarix fakultəsində bakalavr (qıyabi) pilləsində təhsil alıb. 2005 – 2007-ci illərdə həmin fakultənin magistr pilləsində təhsil alıb  və “Qədim dünya tarixi” üzrə ixtisaslaşıb.

 İradə Xanlar qızı Səfərova 2008-ci ildən AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsinə aspiranturaya qəbul olunub və “Qədim Azərbaycanın Urmiyaətrafı əraziləri e.ə. I minilliyin sonlarında” adlı mövzusunda fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işinə baş vurub. Hal-hazirda bu iş üzərində işləyir.

Ailəlidir. İki övladı var.

Elmi əsərlərinin siyahısı:

Azərbaycan dilində:

  1. Herodotun “Tarix” əsərindən fraqmentlər (tərcümə və şərhlər)//Azərbaycanın qədim tarixinə dair yazılı mənbələr. Müntəxabat. – Bakı: Turxan NPB, 2014. – s. 129-134

Rus dilində

  1. Геродот о мардах //AMEA aspirantların elmi konfransının materialları. İyun 2009-cu il. – Bakı: “Elm”, 2009 – s.359-364
  2. К вопросу изучения взаимоотношений Атропатены и Парфии в I в.н.э.//Magistrantların və gənc tətqiqatçıların Azərbaycan Xalq Cümhuriyyətinin 88-ci ildönümünə həsr olunmuş V elmi-praktik konfransının materialları. – Bakı, 2006. – s.255-258
  3. К вопросу о матиенах. // Elmi əsərlər/ AMEA Tarix İnstitutu. – 2009 – XXVII c. – s.5-20
  4. К вопросу о северной границе древнеазербайджанского государства Албании (по античным источникам)//Elmi əsərlər. - “Azərbaycan – Dağıstan: qardaşlıq münasibətləri tarixi, müasirlik, perspektivlər” mövzusunda Seyid Qurbanovun xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. Xüsusi buraxılış/ AMEA Tarix İnstitutu. – 2010 – XXXIII c. – s.16-20
  5. Некоторые вопросы политических связей Атропатены и Парфии в I в.н.э.//Magistrantların və gənc tətqiqatçıların Azərbaycan Xalq Cümhuriyyətinin 89-cu ildönümünə həsr olunmuş VI elmi-praktik konfransının materialları. – Bakı, 2007 – s.183-188
  6. Некоторые замечания о военном деле у матиенов и мардов// AMEA doktorantlarının elmi konfransının materialları. May 2011-ci il. – Bakı: “Elm” , 2011 – s.215-219

Macar dilində

  1. Matiena – az okori Azerbajdzsan tartomanya (Matiena qədim Azərbaycan ərazisidir)// “Macarıstan – Azərbaycan: mədəniyyətlərin dialoqu”. IV Beynəlxalq elmi konfrans (məruzələr, məqalələr, xülasələr). 17 – 19 noyabr 2009. – Budapeşt, 2010 – II c. – s.407-414.
Paylaş: