AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

KAZIMOVA SƏİDƏ ALLAHŞÜKÜR QIZI

KAZIMOVA SƏİDƏ ALLAHŞÜKÜR QIZI

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsində kiçik elmi işçi.

Səidə Allahşükür qızı Kazımova 15 sentyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəxalq hüquq” fakültəsində ali təhsil alıb. 1999-cu ildə bakalavr dərəcəsi almış, 1999-2000-ci illərdə isə ali təhsilini həmin fakültədə davam etdirərək 2000-ci ildə magistr dərəcəsi almışdır. 

2005-ci ildə AMEA Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” şöbəsinin doktoranturasına qəbul olunub. “ABŞ-da lobbizmin tarixi və siyasi əsasları” adlı elmı iş üzərində çalışmış və mövzunu kompleks şəkildə ingilisdilli tarixşünaslığın materialları əsasında araşdırmışdır.

2005-ci ildən  AMEA Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura və doktoranturaya qəbul üzrə direktorun köməkçisi vəzifəsində çalışmış və öz istəyi ilə 2006-cı ildən “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir.

2016-cı ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərir. 

 Çapdan çıxmış elmi əsərlərinin sayı 6-9-dır. Onlardan 2-si ölkə hüdudlarından kənarda çap olunub.

Elmi məqalələr:

  1. “ABŞ-da lobbizm və onun siyasi mahiyyəti ” // “Şərq-Qərb: Sivilizasiyaların dialoqu” №1(6), Bakı, səh.141-154
  2. “ABŞ-ın beynəlxalq fəaliyyətində xarici lobbizm fenomeni” // “Şərq-Qərb: Sivilizasiyaların dialoqu”, Bakı, 2008, №1(9), səh.66-79
  3. “ABŞ-ın xarici siyasətinin formalaşmasında hökumət lobbisinin yeri və rolu” // Elmi əsərlər, Bakı, 2008, №1(11), səh. 96-102
  4. «Феномен иностранного лоббизма в международной деятельности США» // Gürcüstan, Qarapapaqlar №10 (40), 2010 oktyabr, aylıq elmi kütləvi dərgi, səh.21-26.
  5. “ABŞ siyasi sistemində lobbi təsisatı, onun xarakteristikası və realizə mexanizmləri” // AMEA, Gənc alimlərin I Respublika innovativ ideya yarmarkası, məqalələr toplusu, 2010 18-23 noyabr, səh. 112-114
  6. “Lobbi fəaliyyətinin hüquqi tənzimlənməsi və siyasi əsasları ” // Tarix və onun problemləri, Bakı, 2011, №1, səh.158-166
Paylaş: