AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

İVANOV RUDOLF

İVANOV RUDOLF

Rusiya tarixçisi, professor, Böyük Vətən müharibəsi veteranı, Rusiya Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Azərbaycanın "Dostluq" ordeni kavaleri, Azərbaycan MEA-nın Tarix İnstitutunun və Naxçıvan Dövlət Universitetinin fəxri doktoru.

- 1931-ci il 18 may tarixində Rusiya Fedrasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində anadan olub.

- Rusiya Yazıçılar Birliyinin üzvüdür.

- Moskva Jurnalistlər İttifaqının üzvüdür.

- Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

- Rudolf İvanov Beynəlxalq İnformatlaşdırma Akademiyasının həqiqi üzvüdür.

- İnformatika üzrə Beynəlxalq Mükafat laureatıdır.

- 2006-cı il 18 yanvar tarixində Naxçıvan Dövlət Universitetinin fəxri doktoru adını almışdır.

- Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 18 oktyabr 2007-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.

- Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktorudur.

- 2009-cu ildə Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.

Paylaş: