AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

XƏLİLOV POLAD RƏSUL OĞLU

XƏLİLOV POLAD RƏSUL OĞLU

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Azərbaycanın yeni tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru.

Xəlilov Polad Rəsul oğlu 1971-ci il dekabrın 13-də Bakı şəhərində anadan olmuşdur. 1978-1988-ci illərdə Bakı şəhəri Yasamal rayonu 53 saylı orta ümumtəhsil məktəbində təhsil almışdır. 1989-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunaraq, 1994-cü ildə həmin fakültəni bitirmişdir. 2002-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı olmuş, 2003-cü ildə isə İnstitutun “Azərbaycanın yeni tarixi” şöbəsində baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 2006-cı ildə kiçik elmi işçi, 2014-cü ildə elmi işçi, 2016-cı ildə isə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2015-ci il sentyabrın 23-də tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Bakı Neft Sənayeçiləri qurultayının səhiyyə və mədəni-maarif sahələrində fəaliyyəti” adlı dissertasiya mövzusunu müdafiə etmişdir. Hal-hazırda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir. Eyni zamanda 2014-cü ildən etibarən Bakı Qızlar Universitetində dosent kimi pedaqoji fəaliyyət göstərməkdədir.

Ailəlidir, üç övladı var.

Elmi əsərləri

Kitabı:           

  1. Bakı Neft Sənayeçiləri Qurultayının səhiyyə və mədəni-maarif sahələrində fəaliyyəti. Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı: 2015, 28 s.
  2. Bakı Neft Sənayeçiləri Qurultayının fəaliyyəti tarixindən (XIX əsrin sonu – XX əsrin əvvəlləri). Bakı: “Turxan” NPB, 2018, 212 s.

Məqalələri:

1.XIX  əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının səhiyyə sahəsində fəaliyyətinə dair // Azərbaycan MEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Elmi Araşdırmalar”ı, № I-IV (VIII buraxılış), 2006-cı il. s. 429-433. 

2.About cultural-enlightener activity of Baku oil industry workers congress in the late  XIX century  ∕∕ Azerbaijan & Azerbaijanis. 2008, №5-8.s. 229-238.

3.1900–1905-ci İllərdə Bakı Neft Sənayeçiləri Qurultayının mədəni-maarif sahəsində fəaliyyətinə dair // “Tarix və onun problemləri”, № 4, 2009–cu il. s. 82-90.

4.XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının Bakı sənaye rayonunun sanitariya sahəsində fəaliyyətinə dair // Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Elmi Əsərlər”i,  2010-cu il. 34-35-ci cild, s. 196-204.

5.XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının kitabxana işinin təşkil olunmasi sahəsində  fəaliyyətinə dair // “Müasir informasiya məkanı və  kitabxanalar” Respublika elmi konfransının tezis və məruzələri, Bakı, 2010, s. 36–38.

6.XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının kitabxana işinin təşkili sahəsində fəaliyyətinə dair // “Müasir informasiya məkanı və  kitabxanalar” Ümumrespublika elmi-praktikikonfransının materialları (Bakı, 5 may 2010-cu il), Bakı, 2010, s. 145-150.

7. XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının strukturuna dair // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 1, 2010–cu il. s. 128–134.

8. XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının neft sənayesi fəhlələrinə tibbi-sanitariya yardımına dair” ∕∕ “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 1, 2011-ci il. s. 230-235.

9. Bakı neft sənayeçiləri qurultaylarında senz məsələsinə dair // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 3, 2012–cu il. s. 163–170.

10. Bakı Neft Sənayeçiləri Qurultayına dair (1900-1905-ci illər) ∕∕ Azərbaycan MEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Elmi Araşdırmalar”ı, IX buraxılış, 2012-ci il. s. 372–376. 

11. Heydər Əliyev və “Əsrin Müqaviləsi” // “Heydər Əliyev və azərbaycançılıq” Respublika elmi konfransının materialları. I hissə. Sumqayıt, 2013, s. 64-67.

12. Деятельность «Съезда Бакинских нефтепромышленников» в сфере образования в конце XIX в. // «Кавказ и Мир», Международный  научный журнал, 2013, № 16, с. 58-61.

13. Bakı Neft Sənayeçiləri Qurultayının fəhlə təhsili sahəsində fəaliyyətinə dair (XIX əsrin sonu – XX əsrin əvvəlləri) // “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda beynəlxalq elmi konfransın xüsusi buraxılışı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Elmi Əsərlər”i,  2013-cü il. 44, 45, 46, 47-ci cild, s. 384-387.

14. XX əsrin əvvəllərində Bakı neft sənayeçiləri qurultaylarında fəhlə məsələsinə dair // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 4, 2013–cu il. s. 122–127.

15. Birinci Dünya müharibəsi illərində türk hərbi əsirlərinin Nargin həbs düşərgəsindən xilas edilməsində azərbaycanlıların roluna dair // “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfransın xüsusi buraxılışı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Elmi Əsərlər”i,  2014-cü il. 48, 49, 50-ci cild, s. 291-294.

16. “Əsrin Müqaviləsi” Azərbaycanın uğurlu neft strategiyasıdır // “Əsrin Müqaviləsi” Heydər Əliyevin yeni neft strategiyasıdır””Respublika elmi konfransının materialları. Sumqayıt, 24-25 sentyabr, 2014-cü il, s. 95-98.

17. Xocalı soyqırımı – Azərbaycan xalqının qan yaddaşıdır // “Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir” mövzusunda beynəlxalq elmi konfransın materialları. Sumqayıt Dövlət Universiteti, 21-22 aprel, 2015-ci il, s. 325-328.

18. Bakı Neft Sənayeçiləri Qurultayı təşkilatının kitabxanaların və xalq əyləncələrinin təşkili sahəsində fəaliyyətinə dair (XIX əsrin sonları – XX əsrin əvvəli)// Bakı Qızlar Universitetinin “Elmi Əsərlər”i, № 1, 2015-ci il. s. 155-160.

19. Bakı Neft Sənayeçiləri Qurultayının azərbaycanlıların təhsili sahəsindəki fəaliyyətinə dair (XIX əsrin sonları) ∕∕ “Qafqaz tarixinin aktual məsələləri” mövzusunda beynəlxalq konfransın materialları, II hissə. Gəncə Dövlət Universiteti, 15-16 oktyabr, 2015-ci il. s. 333-336.

20. Bakı Neft Sənayeçiləri Qurultayının Bakı sənaye rayonunun sanitariya sahəsində fəaliyyətinə dair (1900-1905-ci illər) // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 2, 2015–ci il. s. 166–171.

21. Bakı Neft Sənayeçiləri Qurultayının səhiyyə və mədəni-maarif sahələrində fəaliyyəti. Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı: 2015, 28 s. 

22. Bakı Neft Sənayeçiləri Qurultayının xalq əyləncələri və digər mədəni tədbirlərin təşkili sahəsində fəaliyyətinə dair (XX əsrin əvvəlləri) // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 2, 2016–ci il. s. 115–120.

23. Bakı Neft Sənayeçiləri Qurultayının yaranması, strukturu və tərkibinə dair (XIX əsrin sonları) // “ Tarix və onun problemləri”, № 3, 2016-cı  il. s. 96-102.

24. Böyük Bakı sənaye rayonunun su təchizatı məsələləri (XIX əsrin sonu -  XX əsrin əvvəllərində) // “Şollar-Bakı Su Qurğular Kompleksinin” 100 illiyinə həsr olunmuş “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları, I hissə. 15-16 mart 2017-ci il, Bakı şəhəri, Azərbaycan. Bakı: Mütərcim, 2017,  s. 203-208.

25. XIX əsrin sonu – XX əsrin əvvəllərində Böyük Bakı sənaye rayonunun su təchizatı üzrə layihələr və onların taleyi // “Şollar-Bakı – 100”. Beynəlxalq elmi-praktiki konfransın xüsusi buraxılışı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Elmi Əsərlər”i,  2017-ci il. 62-ci cild, s. 69-78.

26. О деятельности больниц и амбулаторных учреждений Сьезда Бакинских Нефтепромышленников (конец XIX века) // Материалы Международной научной конференции «Кавказоведение: история и современность», посвященной 80-летию И.А.Дахкильгова. Министерство образования и науки Российской Федерации ФГБОУ ВО «Ингушский государственный университет». Магас: 2017, с. 531-544.

27. Bakı Neft Sənayeçiləri Qurultayının fəhlə siyasətinə dair // “Sivilizasiya” (Bakı Avrasiya Universiteti), 2018, cild 7, № 2, s. 62-67.

28. Bakı Neft Sənayeçiləri Qurultayı Şurası çarizmin müstəmləkəçilik siyasətinin icraçısı kimi // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 4, 2018–ci il. s. 112–116.

Tədris proqramları:

  1. Bakalavriat təhsil səviyyəsi üzrə: “Azərbaycanın mədəniyyət tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 108-125.
  2. Bakalavriat təhsil səviyyəsi üzrə: “Qarabağ tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 119-130.
  3. Bakalavriat təhsil səviyyəsi üzrə: “Orta əsrlər tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Tarix fənləri. Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 67-96. (müştərək)
  4. Magistratura təhsil səviyyəsi üzrə: “XIX – XXI əsrin əvvəlləri Azərbaycan mədəniyyət tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 35-51.
  5. Magistratura təhsil səviyyəsi üzrə: “Azərbaycan şəhərlərinin müasir tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 57-60.
  6. Magistratura təhsil səviyyəsi üzrə: “Yeni və ən yeni dövrdə Azərbaycanın sosial-iqtisadi tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 61-65.
  7. Magistratura təhsil səviyyəsi üzrə: “Azərbaycan xalqının milli-azadlıq hərəkatı tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 66-73.
Paylaş: