ƏLİZADƏ RAMİN ALLAHVERDİ OĞLU
“Azərbaycanın qədim tarixi” şöbəsinin elmi işçisi Əlizadə Ramin Allahverdi oğlu 1980-ci il 17 oktyabrda Qubadlı rayonunun Teymur-Müskanlı kəndində ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini, 2003-cü ildə isə magistraturasını fərqlənmə ilə bitirmişdir. 2011-2014-cü illərdə Bakı Dövlət Universitetinin Ümumi tarix ixtisası üzrə əyani doktoranturasında təhsil almışdır. Azərbaycan tarix elmində ilk dəfə olaraq Urartuşünaslıq sahəsində geniş tədqiqatlar aparan R. Əlizadə Türkiyə ərazisində Urartu abidələrində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri, mixi yazılı kitabələr və paleoantropoloji tapıntılarla yaxından tanış olmuşdur. Hal-hazırda Urartu tarixinin tədqiq olunması ilə bağlı dissertasiya üzərində işləyir.
2002-2008-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda “İlk Orta əsrlər arxeologiyası” şöbəsində kiçik elmi işçi kimi çalışmışdır. 2005-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda, 2017-2018-ci illərdə Qərbi Kaspi Universitetində müəllim kimi çalışmış, Qədim Şərq tarixi və arxeologiyasına dair mühazirələr demişdir. Hal-hazırda AMEA-nın Tarix İnstututunda elmi fəaliyyətini davam etdirməklə yanaşı, BDU-nun Tarix Fakültəsində “Qədim dünya və Orta əsrlər dövrü” kafedrasında müəllim kimi çalışmaqdadır. Bir sıra beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmişdir. 30-dan artıq məqalənin müəllifidir. Ailəlidir, iki övladı var.
Əsərləri:
Azərbaycan dilində
1. Erməni terrorizmi bəşəriyyətə qarşı yönəlmişdir // “Dirçəliş-XXI əsr” jurnalı, № 41. Bakı, 2001 iyul, s. 54-63.
2. 1918-ci il mart soyqırımı ərəfəsində Bakı şəhərində ictimai-siyasi vəziyyət / 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının 85-ci ildönümü ilə əlaqədar keçirilmiş “Azərbaycanlıların soyqırımı: tarix və faktlar” mövzusunda elmi konfransın materialları. Bakı, 2003, s. 64-68.
3. Qubadlı ən qədim dövrdə (I hissə) / “Bərgüşad” qəzeti, 2006, 31 dekabr, № 12 (4743).
4. Müasir Türkiyə tarixşünaslığında Urartu mədəniyyətinin varisliyi məsələsi//“Tarix və onun problemləri” jurnalı, Bakı, 2012, № 4, s. 283-293.
5. Urartulular – mif və gerçəklik / “Türküstan” qəzeti, 2012, 5-11 yanvar, № 52 (264).
6. E.ə. IX əsrin ikinci yarısı – VIII əsrin sonlarında Urartu dövlətinin Güney Qafqaz siyasəti (yeni şərhlər) / “Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının materialları, 18-19 noyabr 2012-ci il”, I cild. Bakı, 2013, s. 196-198.
7. E.ə. I minilliyin ilk yarısında Urartu qaynaqlarına görə Azərbaycanın tarixi-coğrafiyası // “Tarix və onun problemləri” jurnalı, Bakı, 2013, № 2, s. 387-394.
8. Urartuluların mənşəyi problemi müasir Türkiyə tarixşünaslığında / “Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının materialları, 19-20 dekabr 2013-cü il”, I cild, Bakı, 2013, s. 339-341.
9. Urartu dövlətinin təşəkkülü // “Bakı Universitetinin xəbərləri” jurnalı, Humanitar Elmlər Seriyası, Bakı, 2014, № 2, s. 189-194.
10. Urartu dövlətinin erkən siyasi tarixi müasir Türkiyə tarixşünaslığında // “Azərbaycan Arxeologiyası və Etnoqrafiyası” jurnalı, 2014, № 1, s. 83-95.
11. Urartu, Ararat yoxsa Armeniya // “Geostrategiya” jurnalı, Bakı, 2014, № 04 (22) iyul-avqust, s. 42-46.
12. Qubadlı – 2700 il / “Sözün sehri” qəzeti, 3 dekabr 2013- 3 yanvar 2014, № 12 (30).
13. I Rusanın xarici siyasəti // “Sivilizasiya” jurnalı, Bakı, 2015, № 1, s.157-167.
14. İrbuni şəhər qalasının tarixinə dair / “İrəvanın maddi və mənəvi irsi” elmi-praktik konfransın materialları. Bakı, 2016, s.7-18.
15. Muşkların tarixinə dair (mixi yazılar “protoerməni” konsepsiyasına qarşı) // AMEA, “Xəbərlər”, İctimai elmlər seriyası. 2018, № 3, s.4-13 (həmmüəllif).
16. I Argiştinin Şimal ölkələrinə ilk yürüşləri / “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfransın (29-30 oktyabr 2018) materialları. Bakı, 2018, s.351-353.
17. Urartu çarlığı, Azərbaycan dövlətləri və Aşşur imperiyası (e.ə. IX-VIII əsrlərdə Qafqazlarda və Yaxın Şərq regionunda hərbi-siyasi vəziyyət) – https://bakustate.academia.edu/RaminAlizade
18. Bəzz qalası qədim Azərbaycan əhalisinin ən etibarlı müdafiə qalalarından biridir – 2016, 28 dekabr, http://ucnoqta.az/news/42017
19. Azəri etnotoponimi haqqında - http://fedai.az/index.php?newsid=2223
Türk dilində
1. Urartu Çivi Yazılı Belgelerine Göre Güney Kafkasya'nın Bazı Küçük Beylikleri: Etiuni, Erikuahi, Uelki, Qu-Albani, Luipruani, Arquqiu / “Uluslararası Doğu Anadolu–Güney Kafkasya Kültürleri Sempozyumu (International Symposium on East Anatolia–South Caucasus Cultures – Proceedings II)”. Edited by M.Işıklı, B.Can. Cambridge Scholars Publishing, 2015, pp. 25-29.
2. Ammian Marseilli Hunlar hakkında // “Simge” degisi (Aylık Siyaset, Ekonomi Kültür degisi), Sayı: 7, İzmir, 2015, Ekim, s. 37.
3. Urartular ve ermeniler: Birbirlerine yabancı olan iki halk // “Simge” degisi, Sayı: 8, İzmir, 2015, Kasım, s. 42-43.
4. Kafkasya'nın En Eski Halkı ve En Eski Devleti // “Simge” dergisi, Say: 10, 2016, Ocak, s. 63 (https://simgedergi.files.wordpress.com/2016/07/sayi10.pdf).
5. Osmanlı İmparatorluğu, Kaçar devleti ve Azerbaycan meselesi // “Simge” dergisi, Say: 13, 2016, Nisan, s. 31.
6. İrevan – Eski Azerbaycan Şehri // “Simge” degisi, Sayı:17, İzmir, 2016, Kasım, s. 58 (https://simgedergi.files.wordpress.com/2017/01/sayi171.pdf).
7. Doğu Anadolu'da Hıristiyan din adamlarına karşı ermeni terörü // “Simge” degisi, Sayı: 19, İzmir, 2017, Ocak, s. 58 (https://simgedergi.files.wordpress.com/2017/01/sayi184.pdf).
8. Doğu Anadolu Türkçesi ile Azeri Türkçesi Arasındaki Ortak Tairhsel Özellikler // “Simge” degisi, Sayı: 1, İzmir, 2018, Mayıs-Haziran, s. 58.
9. Karabağ'ın Eski Tarihi ve Türk dünyasına karşı Rus-ermeni Birliği // “Simge” dergisi, Say: 5, 2018, Aralık, s. 48.
10. Batı Azerbaycan ve ermeniler – https://simgedergi.wordpress.com/2017/06/30/bati-azerbaycan-ve-ermeniler/
11. Eski Çağda Doğu Anadolu-Azerbaycan İlişkileri – https://simgedergi.wordpress.com/2017/01/03/eski-cagda-dogu-anadolu-azerbaycan-iliskileri/
12. 20. Yüzyılın başlarında Güney Kafkasyada Ermeni terörü (Tarih ve modern sonuçlar) –
http://simgedergi.com/?fbclid=IwAR1QvqZ88RgQKSIWCCrJ0wn5h8Ps3N6yoCrjWLUJwlrh4i8xYXVJl88UGgM
Rus dilində
1. Ранний период истории христианства в Азербайджане (Атропатена и Албания, I-VII вв.) // “Late Antique Christianity in Southeastern Europe” conference, Yambol, Bulgaria, October 3rd – 5th, 2019. 10 c.
İngilis dilində
1. The Rise of the Urartian Kingdom New Revisited // “Гiлея: науковий вiсник”, Київ, 2014, Випуск 84 (№ 5), с. 200-203.
2. Some small principalities of Southern Caucasus according to Urartian inscriptions: Etiuni, Erikuahi, Uelki, Qu-Albani, Luipruani, Arquqiu/“International Symposium on East Anatolia–South Caucasus Cultures, 10-13 October 2012, Erzurum”, [Abstracts]. Erzurum, Atatürk University & ESRUC Consortium, 2012, s. 98
Beynəlxalq konfranslar
1. “International Symposium on East Anatolia–South Caucasus Cultures”, 10-13 October 2012, Erzurum.
2. “Late Antique Christianity in Southeastern Europe” conference, Yambol, Bulgaria, October 3rd – 5th, 2019