AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

MƏMMƏDOV İSRAFİL SÜLEYMAN OĞLU

MƏMMƏDOV İSRAFİL SÜLEYMAN OĞLU

1927-2019

Aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Əməkdar jurnalist və Əməkdar mədəniyyət işçisi.

İsrafil Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Mehri rayonunun Əmrəkar kəndində anadan olub.

İsrafil Məmmədov Tarix İnstitutunda fəaliyyətə başladıqdan sonra institutun nəşr etdirdiyi “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının müəlliflərindən biri kimi 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət mükafatına layiq görülüb. O, eyni zamanda Mahmud Kaşğari adına Beynəlxalq Fondun “Soyqırım və erməni təcavüzü” müsabiqəsinin mükafatının qalibidir (2007).  Qərbi Azərbaycan tarixini əsərlərində təbliğ etdiyinə görə 2010-cu ilin dekabrında Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzinin fəxri fərmanı ilə təltif edilmişdir.

İsrafil Məmmədov erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşilikləri təkzibedilməz tarixi faktlar əsasında Azərbaycan, erməni, rus və ingilis dillərində dünya ictimaiyyətinə çatdırıb.

Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanına əsasən Azərbaycan və Türkiyə respublikalarında 12 seriyalı “Sarı gəlin” sənədli filmi çəkilib və filmin baş məsləhətçisi İsrafil Məmmədov olub. 

Tarix İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru İsrafil Süleyman oğlu Məmmədov 25 iyun 2019-cu ildə vəfat etmişdir.

Haqqında qısa arayış

Anadan olduğu yer

Ermənistan SSR, Mehri rayonu, Əmrəkar kəndi  
Təvəllüdü 08.11.1927
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Elmi dərəcəsi Tarix üzrə fəlsəfə doktoru
Elmi rütbəsi  

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

5503.02

Vətən tarixi

Ermənistanda Azərbaycan mətbuatı

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-   xaricdə çıxmış elmi əsərlərinin sayı

- Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

27

 

16

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

-  fəlsəfə doktorlarının sayı

 

3

Əsas elmi nailiyyətləri Etnik təmizləmə qurbanı olan Ermənistan azərbaycanlıların tarixi coqrafiyası, sorğu səciyyəli ensiklopediyasınin elmi dövriyyəyə daxil edilməsi
Elmi əsərlərinin adları

30-dən çox monoqrafik əsəri, 600-dən çox elmi-publisist məqaləsi Azərbaycan, rus, ingilis, gürcü, erməni və türk dillərində müxtəlif ölkələrin qəzet və jurnallarinda çap olunub.

1. Gənclərin mənəvi siması. İrəvan, “Bilik” cəmiyyəti, 1962.  

2. İnsan elə yaşamalıdır ki, İrəvan, “Bilik” cəmiyyəti, 1967. 

3. Ermənistan  azərbaycanlılarının həyat salnaməsindən səhifələr. İrəvan, “Bilik” cəmiyyəti, 1970. 

4. Ermənistanda  Azərbaycan kitabı (nəşr tarixinə aid bəzi qeydlər). İrəvan, 1985.

5. Ermənistan  azərbaycanlıları və onlarin acı taleyi. Bakı, 1992.

6. Ermənistan  azərbaycanlılarının tarixi ciğrafiyasi. Bakı, 1995.

7. Ulu tariximiz seriyasından (Ermənistan maarifçiləri). Bakı, 1996.

8. Историческая география Западного Азербайджана. Bakı, 1998. (həmmüəllif).

9. Ermənistan  azərbaycanlılarının faciəsi. Bakı, 2001. (ingiliscə).

10.  Терроризм: причина и следствие. Bakı, 2001.

11. İrəvan dəftəri. İctimai fikir tariximizdən. Bakı, 2002.

12. İrəvan dəftəri. Ermənistanda Azərbaycan mətbuatı tarixi. Bakı, 2002.

13. İrəvan dəftəri. Ermənistan azərbaycanlılar 1941-1945-ci illərdə. Bakı, 2004.

14. Tariximiz, torpağımız, taleyimiz. Bakı, 2003.

15. «Геноцид армян» - бродячий призрак искаженной истины. Баку, 2006.

16. «Армянский вопрос» - вопиющий бастион сепаратизма и экспансионизма. Баку, 2006.

17. «Великая Армения» - смертоносная программа кровавых злодеяний. Баку, 2006.

18. İrəvan dəftəri 3. Teatr tariximizdən. Bakı, 2009.

19. Об истории, исконной земле и горькой судьбе азербайджанцев, изгнанных из нынешней республики Армения. Баку, 2009.

20. Erməni kilsəsi və türk-azərbaycan torpaqlarinda dolaşan “Böyük Ermənistan” kabusu. Bakı, 2010.

21. Rus-türk müharibələrində ermənilərin iştirakı, səbəb və nəticələr. Bakı, 2011.

22. Zəngibasar qətliamları 1918-1988. Bakı, 2012.

23. Vedibasar qətliamları və Abbasqulu bəy Şadlinski haqqında sənədlər və xatirələr. Bakı, 2013.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti 1964-cü ildən 2010-cu ilədək ali məktəblərdə tarix müəllimi (baş müəllim)
Digər fəaliyyəti 

1944-cü il mayın 25-dən journalist

Əməkdar jurnalist

Əməkdar mədəniyyət işçişi

Təltif və mükafatları

1. Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı.

2. Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı (2007)

3. Mahmud Kaşğari adına Beynəlxalq Fondun “Soyqırım və erməni təcavüzü” müsabiqəsinin I mükafatı.

4. Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzinin fəxri fərmanı. Qərbi Azərbaycan tarixini əsərlərində təbliğ etdiyinə ğörə. Dekabr 2010-cu il.

Əsas iş yeri və ünvanı AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, AZ1143, Bakı şəhəri, H.Cavid pr., 115 
Vəzifəsi Aparıcı elmi işçi
Xidməti tel.  
Mobil tel.  
Ev tel. (+994 12) 4403971
Faks  
Elektron poçtu  
Paylaş: