AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycan Cümhuriyyəti tarixinin problemləri

Müəllif K.N.İsmayılov, V.V.Qafarov, M.Z.Ağalarlı, N.N.Məmmədzadə, A.S.Əzimova.
Nəşr olunduğu il 2026
Bölmə tarix
Səhifə sayı 264
Dil Azərbaycan dili
Baxış sayı 176
Yükləmə sayı 6

Azərbaycan Cümhuriyyəti tarixinin problemləri / K.N.İsmayılov, V.V.Qafarov, M.Z.Ağalarlı, N.N.Məmmədzadə, A.S.Əzimova. Bakı: “Nəşriyyat” şöbəsi, 2026, – 264 s.

Azərbaycan Cümhuriyyəti tarixinin az araşdırılmış və konseptual yanaşma tələb edən problemlərinə həsr olunmuş kollektiv monoqrafiyada müstəqil dövlətçilik tariximizin mühüm dövrü siyasi-ideoloji, regional, sosial-iqtisadi və beynəlxalq münasibətlər kontekstində işıqlandırılır. Əsərdə milli dövlətçiliyin yaranması ərəfəsində Azərbaycan regionlarında sosial-siyasi vəziyyət təhlil olunur, Cənubi Qafqazdakı siyasi proseslərin Azərbaycana təsirinə, xüsusən beynəlxalq amillərin roluna və bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.

Kitabda Azərbaycan Cümhuriyyəti – Osmanlı imperiyası arasında iqtisadi əlaqələr və Cümhuriyyətin iqtisadi kursu, sosial münasibətləri tarixi-siyasi baxımdan təhlil olunur, 1918–1920-ci illərdə Azərbaycanda milli dövlət quruculuğu prosesində dövlət-din münasibətləri məsələlərinə toxunulur.

Paylaş: