AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Zaqafqaziya Federasiyası və Azərbaycan SSR: hakimiyyət, kadr münaqişələri və sərhəd məsələləri (1922–1936-cı illər)

Müəllif İlqar Niftəliyev
Nəşr olunduğu il 2026
Bölmə tarix
Səhifə sayı 360
Dil Rus dili
Baxış sayı 443
Yükləmə sayı 4

İlqar Niftəliyev. Zaqafqaziya Federasiyası və Azərbaycan SSR: hakimiyyət, kadr münaqişələri və sərhəd məsələləri (1922–1936-cı illər). Bakı: “Nəşriyyat” şöbəsi, 2026. – 360 s.

Kitab 1920–1930-cu illərdə Cənubi Qafqazda sovet dövlətçiliyinin formalaşması və inkişafına həsr olunmuşdur. Əsərdə Zaqafqaziya Federasiyasının yaradılmasının ilkin şərtləri, onun siyasi quruluşunun xüsusiyyətləri, ZSFSR-in hakimiyyət strukturlarında baş vermiş kadr münaqişələri araşdırılır. Qarabağda muxtar vilayətin yaradılmasının siyasi-hüquqi aspektləri, Naxçıvanın statusunun dəyişməsi, respublikalararası sərhədlərin müəyyənləşdirilməsi və inzibati-ərazi bölgüsü, həmçinin ZSFSR-in ləğvinin səbəbləri və nəticələri geniş şəkildə təhlil edilir.

Monoqrafiya tarixçilər, politoloqlar və sovet dövründə Cənubi Qafqazda dövlət quruculuğu prosesləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Paylaş: