Azərbaycanın erkən orta əsrlər tarixi ərəbdilli qaynaqlarda
| Müəllif | Nərgiz Axundova, Ramil Ağayev, Şahlar Şərifov |
|---|---|
| Nəşr olunduğu il | 2026 |
| Bölmə | tarix |
| Səhifə sayı | 416 |
| Dil | Azərbaycan dili |
| Baxış sayı | 161 |
| Yükləmə sayı | 4 |
Axundova N., Ağayev R., Şərifov S. Azərbaycanın erkən orta əsrlər tarixi ərəbdilli qaynaqlarda. Bakı: “Nəşriyyat” şöbəsi, 2026. – 416 s.
Monoqrafiyada Azərbaycanın dövlətçilik tarixinin V–XI yüzilliklər mərhələsi ilkin mənbələr əsasında işıqlandırılır, regionun siyasi, sosial-iqtisadi və etnodemik mənzərəsi ərəbdilli tarixçi, coğrafiyaşünas və səyyahların qeydləri əsasında nəzərdən keçirilir.
Ərəb fəthləri, yerli sülalələrin hakimiyyət uğrunda mübarizəsi, dövlət quruculuğu prosesləri, əl-Bəlazuri, ət-Təbəri, əl-Məsudi, İbn əl-Əsir və digər klassik müəlliflərin əsərlərində Azərbaycan haqqında məlumatlar, Azərbaycanın şəhərləri və əhalisi barədə nadir faktlar təhlil edilir. Erkən orta əsrlərdə vergi sistemi, ticarət yolları, kənd təsərrüfatı və sənətkarlığın vəziyyəti, İslam dininin yayılması və bu prosesin yerli mədəniyyətlə sintezi göstərilir. Monoqrafiyada Azərbaycan tarixinin lokal deyil, böyük bir sivilizasiyanın parçası kimi necə inkişaf etdiyi sübut olunur.
Kitabdan tarixçilər, şərqşünaslar, Azərbaycan tarixinin Ərəb xilafəti dövrü ilə maraqlanan elmi işçilər, tələbələr, həmçinin geniş oxucu auditoriyası faydalana bilərlər.