Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi (sənədlər toplusu). 2 cilddə. I cild.
| Müəllif | Layihə rəhbəri: Tofiq Nəcəfli, Tərtibçilər: Güntəkin Nəcəfli, İradə Məmmədova, Aynur Əmənova |
|---|---|
| Nəşr olunduğu il | 2026 |
| Bölmə | tarix |
| Səhifə sayı | 292 |
| Dil | Azərbaycan dili |
| Baxış sayı | 91 |
| Yükləmə sayı | 9 |
Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi (sənədlər toplusu).
2 cilddə. I cild.
Bakı: Nəşriyyat şöbəsi, 2026. – 292 s.
Osmanlı və Rusiya imperiyaları arasında bağlanmış Ədirnə müqaviləsinə görə Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsi hüquqi cəhətdən rəsmiləşdirilmişdi. Təqdim olunan sənədlər 1829–1830-cu illərdə ermənilərin Osmanlı imperiyasından çar Rusiyasının işğal etdiyi Şimali Azərbaycan ərazilərinə, əsasən İrəvan və Zəngəzur bölgələrinə köçürülməsi prosesinin təşkili, icra mexanizmləri və köçürülmüş əhalinin yerləşdirilməsi məsələlərini ətraflı əks etdirir. Bu sənədlər köçürülmənin mərkəzləşdirilmiş dövlət siyasəti çərçivəsində həyata keçirildiyini, köçürülən əhalinin sayının, marşrutlarının, maddi təminatının və yerləşdiriləcəyi ərazilərin əvvəlcədən müəyyən edildiyini göstərir. Sənədlər toplusu təkcə ermənilərin köçürülməsi faktını deyil, eyni zamanda bu prosesin rus imperiya siyasətinin tərkib hissəsi olduğunu, onun uzunmüddətli tarixi nəticələrini və Cənubi Qafqazın etno-demoqrafik inkişafına təsirini araşdırmaq baxımından mühüm elmi əhəmiyyət daşıyır.